Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
mtn-bina.jpg

MTN generalları “torpaq ilhaqına” niyə göz yumur?

Mülklərindən məhrum edilməkləri onları niyə sevindirir?

Sabiq MTN generalları ilə bağlı 24saat.org-a ilginc informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, “MTN işi” ilə bağlı bir sıra general və polkovnikin həbsi yalnız həbs olunan deyil, eləcə də azadlıqda olan sabiq MTN yetkililərinə məxsus mülklərin zəbti ilə paralel müşahidə edilməkdədir. Belə ki, məlum olaylardan ürəklənən bəzi məmur və sahibkarlar sabiq MTN generallarına məxsus bir sıra torpaq sahələrini ələ keçirməyə başlayıb. Lakin ən ilginc məqam bu prosesi seyr edən sabiq generalların baş verənlərə müdaxilə etməməsi, əksinə, buna sevinməsidir. Sabiq generalların sevincinin isə ilk baxışdan inanılmaz görünənsadə səbəbi mövcuddur.
Mənbə iddia edir ki, keçmiş MTN əməkdaşlarının “torpaq işğalına” seyrçi qalmasına səbəb bu “işğalın” onların marağına xidmət etdiyini düşünmələridir. Belə ki, sabiq xüsusi xidmət orqanı əməkdaşları hesab edir ki, “MTN işi” ilə bağlı araşdırmaların davam etdiyi indiki həssas məqamda adlarındakı mülklərin “təbii şəkildə” əllərindən çıxması onların məsuliyyət yükünü azaltmağa xidmət edir.
Başqa sözlə desək, bu gün hər bir sota görə cavab verməli olan keçmiş yetkililər torpaqların bu şəkildə əriməsini göydəndüşmə fürsət kimi dəyərləndirməkdədir. Odur ki, onlar nəinki baş verənlərdən məyusluq duyur, əksinə prosesləri məmnunluqla izləyir, özlərini ağır yükdən azad etmiş insanlar kimi hiss edirlər.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Sumqayıt bulvarında “fəhlə qiyamı”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: