Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

MTN generalının mülkiyyət terroru – Vəli Ələsgərovun cinayətləri

Azərbaycan mətbuatı neçə vaxtdır ki, Eldar Mahmudovun və Akif Çovdarovun başçılıq etdiyi, fəaliyyətinə artıq xitam verilmiş MTN-də formalaşmış mütəşəkkil cinayətkar qruplaşmanın əməllərindən zərər çəkən çoxsaylı sahibkarların, sadə vətəndaşların başlarına gətirilənlər haqda dəhşətli epizodları yayır.

Belə görünür ki, hələ bu yazılanlar Mahmudov-Çovdarov bandasının törətdiyi əməllərin cüzi hissəsidir.
Mahmudovun qruplaşması Bakıda zərərsizləşdiriləndən az sonra onun qurduğu qorxu imperiyasının Naxçıvan özəyi də çökdürülüdü. Naxçıvan MTN-in Eldar Mahmudova sadiq rəhbəri Vəli Ələsgərov işdən azad edildi və ev dustağına çevrildi. Bu ilin martında isə onun barəsində rəsmən həbs qətimkan tədbiri seçmişdilər, ancaq təxminən 20 gün sonra V.Ələsgərovu ev dustaqlığına buraxmışdılar. Lakin vəkilinin keçmiş nazirin hüquqlarının pozulması və qəddar rəftara məruz qalması barədə Bakıda keçirdiyi mətbuat konfransının ardınca onu yenidən təcridxanaya saldılar. Və nədənsə Mahmudov-Çovdarov qruplaşmasının amansız cinayətlərindən bəhs edən mətbuatın diqqəti Vəli Ələsgərovun vaxtilə Naxçıvanda qurduğu dəhşətli sistemin qurbanlarına yox, onun hüquqlarının qorunmasına yönəldi.
Bəs indi hüquqlarının pozulmasından şikayətlənən Vəli Ələsgərov özü nazir işləyəndə heç hüquq tanıyıbmı? Bəlkə o, Naxçıvan MTN-in təcridxanasında “insan haqları mərkəzi” yaradıbmış? Qeyd etmək lazımdır ki, Vəli Ələsgərovun əməllərindən zərər çəkənləri axtarıb tapmaq elə də asan deyil. O, artıq nazir olmasa da Naxçıvan MTN-də hər cür qeyri-insani rəftara məruz qalanların çoxu hələ də susmağa üstünlük verir. Danışmağa hazır olanlar isə ya onun təqiblərindən xaricə qaçanlar, ya Bakıya sığınanlardır. Kürdəmir rayon sakininin cumhuriyyet.az-a göndərdiyi video-müraciətdə də belə dəhşətlərdən birindən bəhs olunur.

 

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Xədicə İsmayıl ölkədən çıxışına icazə istəyir

%d bloqqer bunu bəyənir: