Loading...
Loading...
7milyon

“MTN generalı körpə uşaqlarımın gələcəyini məhv edib”

Ülviyyə Abdalova: “Onun azadlıqda qalması hüquq və ədalət adına həqarətdir”

“Heç nə və heç kim məni halal pullarımdan imtina etməyə vadar edə bilməz”

“Hətta həbsxanaya düşsəm belə, mübarizəmi davam etdirəcəm”

“MTN işi” üzrə zərərçəkmişlərdən olan Bakı şəhər sakini Ülviyyə Abdalova 24saat.org-a açıqlamasında sabiq MTN generalı Mövlan Şıxəliyevin ünvanına yeni ittihamlar səsləndirib. M.Şıxəliyevin ondan 3 milyon manat məbləğində pul aldığını bildirən Ü.Abdalova ona dəyən zərərin ödənilməsi ilə bağlı mübarizəni sona qədər davam etdirəcəyini bildirib:

“MTN Baş İstintaq İdarəsinin rəisi olan Mövlan Şıxəliyev mənim nə az nə çox- düz 3 milyon manatdan çox pulumu mənimsəyib. M.Şıxəliyev bu pulun müqabilində MTN tərəfindən qanunsuz olaraq müsadirə edilən dəyəri 7 milyon manatdan artıq qızıl-zinət əşyalarımızı qaytarmağa söz versə də, öz vədinə əməl etmədi. Əksinə, əlimizdə olub-qalan pulları da hiylə yolu ilə əlimizdən aldı və daha sonra bizə hədə-qorxu gələrək susdurmağa çalışdı.

M.Şıxəliyev yalnız mənim deyil, mənim körpə övladlarımın da pulunu mənimsəyib. Çünki o pul mənim övladlarımın təminatlı gələcəyi demək idi və M.Şıxəliyev övladlarımı bu gələckdə məhrum etdi.

M.Şıxəliyevlə bağlı xeyli sayda şikayətçinin mövcud olduğu, onunla bağlı ölkə mediasında çoxsaylı şikayətlərin mövcudluğuna baxmayaraq, adıçəkilən MTN generalı hələ də azadlıqdadır və məsuliyyətə cəlb edilməyib. Şəxsən mən bir Azərbaycan vətəndaşı olaraq hesab edirəm ki, M.Şıxəliyevin törətdiyi saysız-hesabsız qanunsuzluqlara rəğmən hələ də azadlıqda qalması hüquq və ədalət adına həqarətdir.

Məni M.Şıxəliyevlə bağlı şikayətimdən imtina etməyə vadar etməyə çalşan şəxslərin isə nəzərinə çatdırıram ki, mən alın təri ilə qazandığım halal pulumdan heç vaxt heç bir vəchlə imtina etməyəcəm. Heç kimsə məni buna vadar edə bilməz. Hətta məni qondarma ittihamlarla, yalançı şahidlərlə həbsxanaya salsalar belə həbsxanadan da olsa öz mübarizəmi davam etdirəcəyəm.

Mən gec və ya tez hüquq və ədalətin qələbə çalacağına inanıram və nə qədər ki, mənə dəyən zərər ödənməyib bu mübarizədən imtina etməyəcəm”.

24saat.org

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Arif Əliyev: “İctimai rəyə təsiri olmasaydı medianın saçını yolub başına torba keçirib bu vəziyyətdə saxlamağa cəhd göstərməzdilər”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: