Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“MTN çetesi”nin Ağdaşda seçki planı: Əsədullayev-Çovdarov birliyinin gizli kadrı kimdr?

Məlum olduğu kimi, iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsində Milli Məclisə təkrar seçkilər keçiriləcək. Artıq seçki təbliğatı start götürüb. İlkin müşahidələr əsas mübarizənin Ümüd partiyasının sədri İqbal Ağazadə və Ağdaş rayon icra hakimiyyətinin başçısınin birinci müavini Cavid Osmanov arasında gedir.
Çingiz Əsədullayevin Ağdaş mandatını nəzarətdə saxlamaq planı
Bildirək ki, sözügedən dairə ötən il noyabrın 1-də keçirilən seçkilərdən qalmaqalla yadda qalmışdı. Bu da həmin dairədən deputat olmuş Çingiz Əsədullayevə bağlı idi. Belə ki, məlum “MTN işi”ndə adı hallanan, daha sonra isə bir çox maliyyə maxinasiyalarında imzası olduğu Ç.Əsədullayevin “qələmi qırıldı” və Mərkəsi Seçki Komissiyası DSK-nın Əsədullayevin qələbəsi haqda qərarını ləğv etdi. İndi isə cumhuriyyet.az-a daxil olan məlumatlar Çingiz Əsədullayevin sözügedən dairənin dgər vasitələrlə nəzarətdə saxlamaq planları üzə çıxıb. Belə ki, 90 saylı Ağdaş seçki dairəsindən hakim partiyanın namizədi kimi seçkiyə qatılmış Cavid Osmanovun sabiq “Mahmudovçu deputat”la uzun keçmişə dayanan geniş əlaqələri varmış.
Cavid Osmanov Çingiz Əsədullayevin adamı imiş?
Etibarlı mənbəən cumhuriyyet.az-a daxil olan məlumata görə C.Osmanov 2005-ci il parlament seçkilərində Ç.Əsədullayevin seçki qərərgahının sədr müavini olub. Bu seçki prosesindəki xidmətləri bankir deputatla Osmanovu yaxınlaşdırıb və xidmətlərin qarşılığı olaraq icra nümayəndəsi təyin edilib. Bunun ardınca isə yenə də Ç.Əsədullayevin dəstəyi ilə Osmanov icra başçısının müavini postunu ələ keçirib. Əsədullyevin himayəsi altında Osmanov daha sonra YAP Ağdaş rayon təşkilatının sədri postunu da ələ keçirir. Amma Əsədullayev-Osmanov birliyi bununla yekunlaşmır. Bu gün əslində “bankir deputat”ın gizli fiquru kimi seçkiyə qatılan YAP sədinin əlaqələri bir az da dərinə gedir.
YAP-ın Ağdaşda deputatlığa namizədi Akif Çovdarova da çıxa bilib
90 saylı Ağdaş seçki dairəsindən YAP-ın namizədi kimi seçkiyə qatılmış Cavid Osmanovun keçmişi ilə bağlı qalmaqallı olaylar bununla yekunlaşmır. Bir neçə il bundan əvvəl baş vermiş bir hadisə ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumatda ilginc məqamlar yer alıb. Mənbənin bildirdiyinə görə xarakteri ilə tutduğu mühüm postlar arasında ziddiyyətlər olan Osmanov 2013-cü ildə Mingəçevir şəhərində qumar məclisində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. İki gün nəzarətdə saxlanılan C.Osmanov məhz Ç.Əsədullayevin köməkliyi ilə azadlığa çıxa bilib. Bundan sonra yaanan qalmaqalın Ağdaş rayon icra hakimiyyətində şöbə müdiri postunda olan Əsgərxan Həsənov tərəfindən təşkil olunduğunu öyrənən Osmanov bunun cəzasını vermək qərarına gəlir. Mənbənin sözlərinə görə, Ə.Həsənov bu olayydan sonra MTN-nin generalı Akif Çovdarov tərəfindən bəlli üsulla oğurlanır və iddiaya görə 3 gün Masazırdakı məlum məkanda saxlanılan şöbə müdiri külli miqdarda ödənişlə azad olunur.
İnzibati resurslar qalmaqall namizədə qarşı
Maraqlıdır ki, belə bir keçmişə malik şəxs hazırda YAP tərəfindən dəstəklənib və rayon icra hakimiyyətinin inzibati resursları onun seçki kompaniyasına cəlb olunub. Hətta keçmiş düşmənçilik unudulaaq Ə.Həsənov da müavinin aktiv yardımçılarına çevrilib. Prosesin gerçək mahiyyəti isə ortadadır. Əsədullayev və “MTN çetesi” 90 saylı Ağdaş seçki dairəsini dolayısı ilə əldə saxlamaq planı qurub.
Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

“MTN çetesi”nin Ağdaşda seçki planı: Əsədullayev-Çovdarov birliyinin gizli kadrı kimdr?

%d bloqqer bunu bəyənir: