Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

MSK sədri: ” Heç kimin referenduma qeyri-ciddi yanaşmağa mənəvi haqqı yoxdur”

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov 2016-cı il sentyabrın 26-a təyin edilən referendumla bağlı bir sıra tapşırıq və tövsiyələr verib.

Trend-in məlumatına görə, Azərbaycanda bundan əvvəlki seçkilərin yüksək səviyyədə baş tutduğunu bildirən M.Pənahov deyib ki, heç vaxt arxayınlaşmaq olmaz: “İnsan fəaliyyətinin bütün sahələrində problemlər o zaman yaranır ki, arxayınlıq olur və işə laqeyd yanaşılır”.

M.Pənahov vurğulayıb ki, referendum tarixi əhəmiyyət kəsb edən bir prosesdir və bu məsələyə ciddi yanaşılmalıdır: “Burada seçki komissyalarının rəhbərlərinin və üzvlərinin üzərinə böyük məsuliyyət düşür. Heç kimin referenduma qeyri-ciddi və ya laqeyd yanaşmağa mənəvi haqqı yoxdur”.

MSK sədri referendumun keçirilməsi ilə bağlı bütün tədbirlərin yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb. O qeyd edib ki, həm seçki komissiyalarının üzvlərinə seminarlar keçirilir, həm də yerlərdə maarifləndirmə işləri aparılır.

M.Pənahov referendumun yüksək səviyyədə baş tutması üçün hər cür şəraitin yaradıldığını və lazım olan işlərin görüldüyünü vurğulayıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Deputatın “bic” dediyi jurnalistdən cavab – ATAMIN ADINDAN İMTİNA ETMƏMİŞƏM

%d bloqqer bunu bəyənir: