Loading...
Loading...

MSK İlqar Məmmədovun şikayətinə baxıb, DSK-nın qərarını ləğv edib

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə namizədliyini öz təşəbbüsü ilə irəli sürən REAL Hərəkatının sədri İlqar Məmmədovun müraciətinə baxılıb.

“Report” xəbər verir ki, İ.Məmmədov MSK-ya müraciətində onunla bağlı çıxarılan qərarın ləğvini xahiş edib.
MSK üzvü Qabil Orucov deyib ki, namizədliyin irəli sürülməsi zamanı zəruri seçki sənədləri təqdim olunmalıdır: “Əgər bu sənədlər dolğun təqdim edilmirsə, şəxsin namizədliyi qeydə alına bilməz. Məlum olub ki, namizədliyin qeydə alınması üçün sənədləri Dairə Seçki Komissiyasına səlahiyyətli nümayəndə deyil, başqa bir şəxs təqdim edib. O, həm də məhkumdur. Dairə Seçki Komissiyası isə yalnız onun məhkum olduğunu əsas gətirərək namizədliyini qeydə alıb”.
MSK sədri Məzahir Pənahov deyib ki, Seçki Məcəlləsinə əsasən, barəsində həbs qərarı olan şəxslər seçkidə iştirak edə bilməzlər: “Dairə Seçki Komissiyası İlqar Məmmədova Şəki Apellyasiya Məhkəməsinin qərarından əvvəl imza vərəqələri verib. Yəni, ona şərait yaradılıb. Məhkəmənin həbs qərarından sonra isə onun namizədliyi qeydə alına bilməzdi”.
MSK üzvü Q.Orucov bildirib ki, DSK-nın qərarı dolğun olmadığından ləğv edilməlidir, İ.Məmmədovun da namizədliyinin qeydə alınması əsassız hesab edilsin.
Qərar səsverməyə çıxarılaraq qəbul edilib.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Qiyas İbrahimov və Bayram Məmmədovun şikayətləri təmin edilməyib

%d bloqqer bunu bəyənir: