Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Mövlan Şıxəliyevin məsuliyyətdən kənarda qalması anlaşılan deyil”

Mahmud Hacıyev: “Bu, Azərbaycan reallığının çoxsaylı qəribəliklərindən biridir”

“Bir neçə müstəntiqi həbs edilən ləğv edilən MTN-nin Baş İstintaq İdarəsinin rəisi general Mövlan Şıxəliyevin məsuliyyətdən kənarda qalması anlaşılan deyil”.
Bu barədə 24saat.org-a sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev məlumat verib. Onun sözlərinə görə, bilavasitə M.Şıxəliyevin özü ilə bağlı da şikayətlər səslənsə də, hələ də sabiq MTN generalı ilə bağlı ciddi bir addım atılmır:
“Məsələ bundadır ki, həbs edilən müstəntiqlər M.Şıxəliyevin tabeliyində olan şəxslər olub. M.Şıxəliyevin bir idarə rəisi kimi bu insanların törətdiyi əmələ görə məsuliyyəti var. Bundan başqa, mətbuatda bir sıra sahibkarların bilavasitə M.Şıxəliyevin özünə qarşı ciddi iddialarına, şikayətlərinə rast gəlinir. Onlar M.Şıxəliyevlə bağlı olduqca ciddi ittihamlar səsləndirirlər. Lakin bütün bunlara baxmayaraq M.Şıxəliyevin məsuliyyəti məsələsi hələ də araşdırılmır. Bunun özü də mövcud Azərbaycan reallığının çoxsaylı qəribəliklərindən biridir”.

Seymur Əliyev

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Əli Həsənovun qanunlar haqqında yenidən xatırlatma etməyinin mənası yoxdur”

%d bloqqer bunu bəyənir: