Loading...
Loading...
101623

“Mövcud vəziyyət “Karib böhranı” ilə oxşarlıq təşkil edir”

Əli Əliyev: “Dünya o zaman müharibəyə nə qədər yaxın idisə, bu gün də bir o qədər yaxındır”

Almaniya XİN rəhbərinin mümkün NATO-Rusiya qarşıdurması ilə bağlı verdiyi son açıqlama yenidən bütün diqqəti bu iki güc mərkəzi arasındakı gərginliyə cəlb edib. Maraqlıdır, Rusiyanın Suriya və Ukraynada hərbi konfiliktdə olduğu, iqtisadi baxımdan o qədər də parlaq dövr yaşamadığı bir zamanda NATO ilə açıq hərbi qarşıdurmaya getməsi mümkündürmü? Bunun üçün Rusiyanın yetərincə güc və cəsarəti varmı?
Moderator.az-a açıqlama verən VİP sədri, siyasi şərhçi Əli Əliyev bu ehtimalı inandırıcı hesab etmədiyini vurğuladı:
“NATO-Rusiya toqquşmasının ehtimalını görmürəm. Ona görə ki, yaxınlarda Lozannada altı tərəfli danışıqlar olacaq. Bu danışıqlarda mövcud durumun yenidən dəyərləndirilməsi həyata keçiriləcək.
Nəzərə almaq lazımdır ki, bu gün Qərb-Rusiya toqquşmasının əsas nöqtəsi Hələb hadisələridir. Hələb hadisələri isə hələlik müharibəni proqnozlaşdırmır. Rusiya bu gün həm hərbi, həm iqtisadi, həm də psixoloji baxımdan müharibəyə hazır deyil. Lakin bununla yanaşı, Rusiya da Qərbin onunla bağlı həyata keçirdiyi əməliyyatlardan xəbərdardır. Başa düşür ki, Qərbin atdığı addımlar Rusiyanın zəiflədilməsinə xidmət edir. Buna görə də Rusiya müqavimət göstərməyə çalışır.
Bu gün yaranmış vəziyyəti 60-cı illərin Karib böhranı ilə müqayisə edirəm. Həmin vaxt bəşəriyyət müharibəyə nə qədər yaxın idisə, bu gün də bir o qədər yaxındır. Lakin bir daha qeyd edirəm ki, bu gərginliyin yaxın vaxtlarda qaynar fazaya keçəcəyinə inanmıram.
Rusiyanın hərbi potensialı əsasən nüvə potensialıdır. Bununla isə yalnız dünyanı dağıtmaq olar ki, bu zaman Rusiyanın özünün də dağılma ehtimalı var”.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Bandotdel” fikir azadlığına qarşı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: