Loading...
Loading...

Mourinyonun istədiyi alman ulduz

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyonun istədiyi daha bir futbolçunun kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Julian Draksleri komandasında görmək istəyir.

İddiaya görə, “Mançester Yunayted” yaxın günlərdə bu transfer üçün “Volfsburq”a müraciət edəcək. İngilislərin qarşı tərəfə 30 milyon avro təklif edəcəyi deyilir.

“Volfsburq” Julian Draksleri 2015-ci ildə “Şalke 04″dən 36 milyon avroya alıb. Hazırda “Transfermarkt” ona 24 milyon avro qiymət qoyub. Almaniya millisinin 22 yaşlı hücumçusu 2015/16 mövsümündə meydana çıxdığı 31 rəsmi oyunda 8 qol vurub.

Julian Draksler

Julian Draksler

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

İvan Rakitiç: “Azarkeşlərimizin hərəkətləri əsl biabırçılıq idi”

Loading...
%d bloqqer bunu bəyənir: