Advertisements
24 saat

Mourinyo ilə 5 illik müqavilə – İbrahimoviç də gəlir


Lui van Qalla yollarını ayıran “Mançester Yunayted” hər an Joze Mourinyo ilə anlaşdığını ictimaiyyətə açıqlaya bilər. ANS PRESS-in məlumatına görə, portuqaliyalı çalışdırıcı ilə 5 illik sözləşmənin imzalanması gözlənilir.

Bu barədə Britaniya mətbuatı xəbər yayıb. Yayılan məlumata görə, Mourinyo hər ili üçün “qırmızı-şeytanlar”dan 15 milyon avro maaş alacaq.

Klub rəhbərliyinin Lui van Qalla ödəyəcəyi təzminat da bəlli olub. Hollandiyalı mütəxəssisə sözləşmənin vaxtından əvvəl ləğvinə görə 6,5 milyon avro təzminat ödəniləcək.

 Zlatan İbrahimoviç

Həmçinin PSJ-dən ayrılan Zlatan İbrahimoviç “Mançester Yunayted”ə keçəcək. Bu barədə İsveçin məşhur “Sportbladet” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, İbra karyerasını Joze Mourinyonun çalışdıracağı deyilən klubda davam etdirəcək.

Həm də klubda sadəcə futbolçu olmayacaq. İsveçli ulduz eyni zamanda Mourinyonun köməkçisi olacaq.

“Yuventus” 2004-cü ildə “Ayaks”dan 16 milyon avroya aldığı İbrahimoviçi 2 il sona 24,8 milyon avroya “İnter”ə satmışdı. O, 2012-ci ildə 21 milyon avro qarşılığında PSJ-yə transfer edilib. İbrahimoviç “Yuventus”la 2 dəfə İtaliya çempionu olub.

İbrahimoviç İsveçdə “Malmö”, Hollanliyada “Ayaks”, İtaliyada “Yuventus”, “İnter”, “Milan”, İspaniyada “Barselona” və Fransada PSJ-nin formasını geyinib. Karyerası ərzində 28 kubok qazanan futbolçu 4 ölkədə çempionluq sevinci yaşayıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: