Advertisements
24 saat

Mosula hücum dayandırılıb


İraq qüvvələri Mosula qarşı hücumda fasilə etməyi qərara alıblar.

Musavat.com “France Press” agentliyinə istinadən xəbər verir ki, İraq qüvvələri buna səbəb kimi əldə etdikləri mövqelərdə mökəmlənməyi göstəriblər. Məlumata görə, ABŞ ordusunun polkovniki, koalisiya qüvvələrini təmsil edən Con Dorrian xəbəri təsdiqləyib. Dorrian bildirib ki, fasilə zamanı İraq qüvvələri qruplaşma əməliyyatları yerinə yetirib, bir neçə gün sonra yenidən hücumunu davam etdirəcək.

Xatırladaq ki, İraq qüvvələrinin Mosula hücumu oktyabrın 17-dən davam edirdi.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: