Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
ir

Mosul üçün döyüş: İD-dən İraq şəhərini geri qaytarmaq üçün əməliyyat “başlayıb”

İraqın Mosul şəhərini özünü İslam Dövləti (İD) adlandıran qruplaşmadan geri almaq üçün hərbi əməliyyat başlayıb, baş nazir Haider al-Abadi deyir.

İraqın ikinci böyük şəhəri Mosul 2014-cü ilin iyun ayından İD-nin nəzarəti altında idi.
BMT ərazidə yaşayan 1,5 milyon insanın təhlükəsizliyi üçün “son dərəcə narahatlıq” ifadə edib.
Mosul İraqda İD qrupunun sonuncu əsas dayağıdır. Rəsmilər bildirirlər ki, şəhərin itirilməsi İD-nin ölkədə səmərəli məğlubiyyəti deməkdir.
Məlumata görə, elandan sonra şəhər ətrafındakı rayonlarda artilleriya səsləri eşidilib.
Bazar ertəsi dövlət televiziyasında müraciətlə çıxış edən baş nazir deyib ki, “qələbə saata gəlib çatıb, Mosul azad etmək üçün əməliyyat başlayıb”.
Çıxışı zamanı ətrafında yüksək vəzifəli İraq zabitləri dayanan cənab Abadi vəd edib ki, yalnız hökumət qüvvələri Mosula daxil olacaq.
ABŞ-ın Müdafiə Naziri Ash Carter “döyüşün çətin olacağını” bildirib.
Məhz Mosulda İD lideri Əbu Bəkr əl-Bağdadi qrupun İraq və Suriyadakı nəzarət etdiyi ərazilərdə şəriət qanunları ilə idarə olunan xilafətin yaradılmasını elan edib.
Nineva əyalətinin paytaxtı olan şəhəri geri qaytarmaq üçün əməliyyat aylarla planlaşdırılıb. Təhlilçilər bildirir ki, döyüş həftələrlə, hətta aylarla davam edə bilər.
Minlərlə iqtidaryönlü qüvvələr Mosuldan 60 km məsafədə yerləşən strateji Qayyarah şəhərində aviabazada toplaşıb.
BMT-nin humanitar məsələlər və fövqəladə yardımlar üzrə əlaqələndiricisi Stephen O’Brien dinc sakinlərin qorunması ilə bağlı çağırış edib.
O bəyənatla çıxış edərək, ərazidə yaşayan 1, 5 milyon vətəndaş barədə narahatlıq ifadə edib və bildirib ki, azı bir milyon insan əməliyyatın nəticəsi olaraq öz evlərini tərk etməyə məcbur qala bilər.
Hazırda Mosulda nə qədər sakinin yaşadığı barədə qəti rəqəmlər yoxdur. Ancaq məlumat var ki, iki il əvvəl İD şəhəri ələ keçirəndə orada iki milyondan artıq insan olub.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Prezident dən Qərbə: “Qulağınızın dalını görərsiniz”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: