Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Mosul: İŞİD-in şəhər idarəçiliyi

Neftlə zəngin Mosulun silahlı qruplaşmaların nəzarətində olmasının iki ili tamamdır. İraqın bu strateji əhəmiyyətli şəhəri 2 ildir ki İraq və Şam İslam Dövləti adlanan silahlı hərəkat tərəfindən idarə olunur.

mosul1….2014-cü il, iyunun 10-da şəhərə maşın karvanı daxil olur. Əhali əli silahlı, üzü maskalı bu şəxsləri alqışla və sevinclə qarşılayır. Sanki kişilər gəlib Mosulu kafirlərdən xilas etməyə. Ancaq bu, kütlənin həm özünüqoruma instinkti, həm də İŞİD-ə simpatiyası olan sünni təbəqəsiydi.

Digər tərəfdən Bağdad hökumətindən Mosula heç bir ciddi dəstək olmadı, yerli qüvvələr isə pərakəndə şəkildə dirəniş göstərdi, ertəsi isə komandirlər, polis idarəsi rəhbərləri əsgərlərini qoyub qaçdılar. Bu bir möcüzə idi. Orta əsrlərdə və ya ötən əsrin ortalarında olsaydı bəlkə də inanmaq olardı.

XXI əsrdə, xəbər-ətərsiz İŞİD karvanı bayram edərək Mosula daxil olur, nə müqavimət var, nə dirəniş. Elə bil ki belə də olmalıymış…
Sonra Türkiyənin də hərbi dəstəyi olmaqla kürd silahlıları, Bağdad qüvvələri Mosul uğrunda terrorla mübarizəyə başlayır. Amma sonra işğal edilən Kərkük terroçulardan azad edilərək Bərzani hökumətinin nəzarətinə keçsə də, Mosul hələ də İŞİD-in İraqda paytaxtı olaraq qalmaqdadır.

Bərzani illərdir ki referendum keçirib Kərkük və Mosulu Kürdüstan ərazilərinə qatmaq istəyirdi. Bu istəyinə nail olmasa da, “tortun ən yaxşı yeri” – Kərkük İŞİD sayəsində ələ keçirildi.

mosul2İndi Mosulda sakitlikdir. Nə terror rüzgarı əsir, nə şəhərin qurtuluşu üçün savaş var, nə də hər gün yutub-da yayımlanan başkəsmə videolarına rast gəlinir. Sanki hamı razıdır – Mosul “İslam dövlət”inin paytaxtı qalsın.

Yalnız adda-budda qeyri-rəsmi xəbərlər gəlirdi – şəhərdə sərt şəriət qanunları hökm sürür, namaza getməyənlər cəzalanır, oğurluq və s. cinayət törədənlərin əli kəsilir, spirtli içki və siqaret qadağandır, iş yoxdur, bahalıqdır, kommunikasiya infrastrukturu məhv edilib. Lakin bu informasiyalar məhduddur, təfsilatsızdır və şəhərdə nə baş verdiyinə dair səhih bilgilər verilmir.

Elə bu yazını hazırlayanda internet resurslarında yeni informasiya əldə etmək də mümkün olmadı. Yalnız şəhərin azad ediləcəyi haqda bəyanatlara rast gəlmək olar. Deməli, İŞİD-in Mosul idarəçiliyi gələn xəbərlər kimi deyil.

mosul3Son xəbər isə İD-ə yaxın Amaq agentliyi tərəfindən Ömər Şişaninin İraqın Mosul şəhərindən cənuba doğru yerləşən Şirqat qəsəbəsi yaxınlığında öldürülməsi haqdadır. Əsl adı Tarxan Batiraşvili olan Şişaninin vətəni Gürcüstanın Pankisi dərəsidir.

Şişani 2007-ci ildə Gürcüstan ordusunda hərbi qulluğa başlayıb, 2008-ci ildə isə o, Rusiyaya qarşı müharibədə iştirak edib. Ömər Şişaninin İD lideri Əbu Bəkr əl-Bağdadinin yaxın müşaviri olduğu bildirilirdi.

İddia edilir ki, Şişani qruplaşmada “müharibə naziri” daxil olmaqla bir sıra aparıcı hərbi vəzifələrə sahib olub. Ötən il ABŞ Ömər Şişanin başına 5 milyon dollar mükafat qoymuşdu. Beləliklə, dünyanın iş-gücünün bu vaxtında İraqın böyük bir şəhərini iki ildir terrorçular idarə edir. İstənilən ölkəni bombalaya bilirlər, Mosulu azad etməyə isə beynəlxalq koalisiyanın gücü çatmırmış. Nə deyəsən, alan razı, satan razı…

Emil Salamoğlu

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

İcra başçısı keçmiş komandanı pərən-pərən salıb

%d bloqqer bunu bəyənir: