Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Moskvanın Qarabağ planı AÇIQLANDI – DETALLAR

Kremlin əsas nəşrlərindən biri hesab edilən “İzvestiya” qəzeti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə dərc edib.

Publika.az xəbər verir ki, nəşr Rusiyanın və şəxsən prezident Vladimir Putinin tərəflərin güzəştlərə getməsi üçün aktiv addımlara təşəbbüs edəcəyini bildirib. Qəzetə əsasən, danışıqlar yaxın günlərdə başlanacaq.
“Tərəflərdən heç biri geri çəkilməyə hazır deyil. Ağır danışıqlar aparmaq lazımdır. Amma Rusiyanın köməyi olmadan prosesdə irəliləyişə nail olmaq mümkün deyil”, – vəziyyətlə tanış olan mənbə deyib.

Münaqişənin nizama salınması üzrə Rusiyanın planları haqqında bəzi təfərrüatları açıqlayan mənbəyə görə, plan ərazilərin bir hissəsinin Azərbaycana qaytarılması, sülhməramlıların münaqişə zonasında yerləşdirilməsi, qaçqınların evlərinə qayıtması, sonrakı mərhələdə sərhədlərin açılması, iqtisadi kommunikasiyaların bərpası, sonuncu mərhələdə isə Dağlıq Qarabağın statusunun referendumla müəyyənləşdirilməsini nəzərdə tutur.

“Ancaq tərəflərdən heç biri referendumun nəticəsinin əvvəlcədən onların xeyrinə müəyyən edilməyəcəyi halda, bu planla razılaşmaq istəmir. Azərbaycan və Ermənistan Rusiyanın strateji partnyorudur. Moskva nizama salınmanın bütün mərhələlərində qarşıdurmaya yol verməmək və tərəfləri dialoqa kökləmək üçün ondan asılı olan hər şeyi edirdi”, – “İzvestiya” yazıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Lavrov Qarabağ müzakirələri üçün İrəvandadır

%d bloqqer bunu bəyənir: