Loading...
Loading...

Moskvada cinayət törətmiş azərbaycanlı 15 il iş aldı

Moskvada Azərbaycan vətəndaşı Xəyal Əlizadə “Losinıy Ostrov” parkında silsilə soyğunçuluq törətdiyi üçün 15 il müddətinə azadlıqdan məhrum edilib.

RIA Novosti-nin verdiyi xəbərə görə, Moskva Şəhər Prokurorluğunun məlumatında bildirilir ki, həmin şəxs 2012-2015-ci illərdə 8 dəfə qarət, 5 dəfə soyğunçuluq törədib. Onun qurbanları hər dəfə avtomobillə evə qədər ötürülmək barədə razılaşdığı qadınlar olub.

O, “qurbanları”nı “Losinıy Ostrov” parkından keçən, adam olmayan küçəyə aparıb, təhdid edib, pullarını və qiymətli əşyalarını alıb. Daha sonra onları orada qoyaraq hadisə yerini tərk edib.

Ümumilikdə o, 13 qadının 2,5 milyon rubl (təxminən 60 min manat) məbləğində pulunu alıb. Məhkəmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə onun 15 azaldıqdan məhrum edilməsi barədə hökm çıxarıb.(APA)

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Putindən Türkiyə ilə bağlı mühüm – Fərman

%d bloqqer bunu bəyənir: