Now Reading:
Moskvada Azərbaycan diplomatı döyüldü
Full Article 40 second read

Moskvada Azərbaycan diplomatı döyüldü



Taksi sürücüsünün döydüyü EminMəhərrəmov təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb

Aprelin 16-da gecə saatlarında Moskvada Azərbaycanın Rusiyadakı səfirliyinin konsul şöbəsinin müdiri Emil Məhərrəmov taksi ilə evinə gedərkən sürücü tərəfindən döyülüb.

E.Məhərrəmov təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.

“Bu məişət insidenti ilə əlaqədar olaraq səfirlik baş vermiş hadisənin səbəbi və şəraitini araşdırmaq üzrə təcili tədbirlər görür, xəsarət alan ərizə ilə müvafiq hüquq-mühafizə orqanlarına müraciət edib”, Azərbaycanın Rusiyadakı səfirliyi bildirir.

Rusiya mediası Azərbaycan səfirliyinin əməkdaşını döyən şəxsin Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını  bildirir. Hücum edənin Haybula Hacıyev adlı şəxs olduğu bildirilir.

Hücumun səbələri barədə hələ  məlumat verilmir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: