Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Moskva və Ankara Vaşinqtona qarşı birləşir – BİZİM ANALİTİKA

Türkiyə prezidenti üzrxahlıq etməyə macal tapmamış Rusiya ona inanmamağa tələsdi. Birdən-birə hamı türk dilinin böyük bilicisinə çevrildi və orijinalını heç kimin görmədiyi məktubun sətirlərini hamı öz istəyinə uyğun tərzdə tərcümə etdi. Ekspertlərin böyük əksəriyyəti belə bir fikirdə yekdil idilər ki, Ərdoğan üzr istəməyib, vurulmuş təyyarəyə görə kompensasiya ödənilməyəcək, bunlar hamısı Rusiya əleyhinə danışılmış planlardır, yalan və təxribatdır.

Türkiyə üzrə mütəxəssislər Ərdoğanın yeni siyasətini obyektiv qiymətləndirməyə çalışaraq, Türkiyə iqtisadiyyatına üz vermiş çətinliklər barədə məruzələr edirdilər. Rusiyada bunun timsalında yalnız keçmiş tərəfdaşın Rusiyanın sanksiyalarına göprə özünü saxlaya bilməməsini görürdülər. Türkiyə prezidentinin addımlarının nəticəsiondə ikitərəfli münasibətlər üçün açılan imkanlar əvəzinə rusiyalı ekspertlər yalnız köhnə düşmənin məğlubiyyətini gördülər.

Qeyd etmək lazımdır ki, Türkiyənin addımlarına Rusiyadakı reaksiya Türkiyənin özünün İsrailin baş naziri Benyamin Netahyahunun 2013-cü ildə Barak Obamanın təzyiqi altında üzr istəməsinə verdiyi reaksiyadan elə də fərqlənmədi. Bu üzrxahlığın ertəsi günü Ankaranın hansı şüarlarla bəzədilməsini xatırlayaq! Ərdoğanın yeni islamçı Türkiyəsi üçün İsrail etibarlı müttəfiqdən birdən-birə müsəlmanları incidən sionist rəqibə çevrildi. Buna görə də, İsrail baş nazirinin üzrxahlığı nəhəng qələbə kimi qəbul olunmuşdu.

Belə bir təəssürat yaranır ki, Rusiya ilə Türkiyə arasında 10 il boyunca aparılmış uğurılu iqtisadi və siyasi tərəfdaşlıq rusiyalı ekspertlər tərəfindən ciddi bir amil kimi qəbul edilməyib. Və elə ki Türkiyə Rusiyanın təyyarəsini vurdu onlar rahatr nəfəs aldılar — axır ki Türkiyə əsl üzünü göstərdi! Sayılı dəqiqələr ərzində Rusiya KİV mövqelərini dəyişərək Türkiyəni arzuolunan iqtisadi tərəfdaşdan ənənəvi tarixi düşmənə çevirdilər.

Televiziya, radio, qəzetlər və internet türkləri ən pis formada təqdim etmək uğrunda sanki yarışa girmişdilər. Putinin baş verənlərdə türk xalqının günahının olmaması haqda dediklərini də heç kim ciddi qəbul etməmişdi. Erməni soyqırımı, rus-türk müharibələri, kurortlarda rus qızlarına hücumlar, türkləri vəhşi və genetik səviyyədə aqressiv xalq kimi göstərmək üçün hər çey işə yarayırdı. Və mənə belə gəlir ki, burada məsələ heç də Rusiyada nüfuza malik olan erməni lobbisində deyil.

Müqayisə üçün deyək ki, nə Avropa, nə də ABŞ heç vaxt belə hücumlara məruz qalmayıblar. Onları hərdən xəyanətdə suçlayırdılar, amma Rusiyaya deyil. Öz şəxsi dəyərlərinə xəyanətdə. Düşünürəm ki, bunun kökündə Rusiya elitasının qərbə meylliyi durur. Bu fikri bir dəfə brifinqdə Rusiya XİN rəsmisi Mariya Zaxarova da səsləndiurmişdi: Rusiya ilə Qərbin ümumi dəyərləri mövcuddur, lakin hazırda Rusiya onları daha dəqiq və ardıcıl ifadə edir.

Qərbə meylliyin zirvəsi «Böyük yeddilik» tipli dünya forumlarında tanınmış Avropa dövləti qismində iştirak oldu ki, Putin buna yüksək neft qiymətləri və nisbi geosiyasi sakitlik fonunda nail olmuşdu. Lakin siyasi həqiqət son bir neçə ildə üzə çıxdı: ABŞ başda olmaqla Qərb Rusiyanın maraqları ilə harada olur olsun, hesablaşmayacaq və Kremldəki məmurlardan fərqli olaraq, postsovet məkanını Moskvanın nüfuz dairəsi hesab etmir.

Lakin Moskva burada obyektiv məntiqi anlamaq istəmir və Avropa ilə itirilmiş xoş münasibətlərin xiffətini çəkərək, Krıma görə tətbiq olunmuş sanksiyalara görə səmimi olaraq inciyir.

Türkiyə ilə başqa cür alındı. Türkiyə kurortlarına, meyvə və tərəvəzinə, bu ölkə ilə dostluq və qarşılıqlı anlaşmaya nostalgiya müşahidə edilmir.

Əslində isə Rusiyaya dost Türkiyə lazımdır. Belə ki, Çindən savayı heç bir ciddi dünya dövləti Rusiya ilə tərəfdaşlıq münasibətləri qurmaq fikrində deyil. Belə olan halda Türkiyənin sülhsevər təkliflərini qulaq ardına vurmağa dəyərmi?

Rusiya da,Türkiyə də siyasi izolyasiyadadırlar və bu onların mövqelərini yaxınlaşdırır. Həm Moskva, həm də Ankara üçün regionda ABŞ əsas rəqibdir. Bu, Amerikanın suriyalı kürdləri dəstəkləməsindən, Rojavada hərbi bazalar tikməsindən, Suriyada hərbi münaqişənin bitməsində deyil, davam etməsində maraqlı olduğu üzə çıxandan sonra aydınlaşdı. Rusiya ilə Türkiyənin münasibətləri normallaşarsa, bu ölkələr danışıqlar masası arxasında ümumi maraqlar çərçivəsində Suriya problemini müzakirə edə və Suriyanı mövcud sərhədlər daxilində saxlamaqla, terrorçuluğu məhv edə və burada sülhü bərqərar edə bilərlər.

Ankara və Moskva üşün son 15 ildə Yaxın və Orta Şərqin heç bir ölkəsində stabillik yarada bilməmiş Qərbi dəvət etmədən regional problemləri region daxilində həll etmək daha sərfəlidir.

2008-ci ilin avqust böhranından sonra «Qafqazda əməkdaşlıq və stabillik platforması» çərşçivəsində Türkiyə prezidenti R.T.Ərdoğan belə bir proqram təklif etmişdi. O zaman Rusiya bu layihə çərçivəsində birgə işdən imtina etmişdi.

İndi Yaxın Şərqi də əhatə edən və sülhə nail olunmasında maraqlı olan regional subyektlərin də dəvət edilə biləcəyi daha geniş «Əməkdaşlıq və stabillik platforması»nın yaranması vaxtı yetişib. Əgər bu heyətdə heç olmasa bir münaqişənin həlli mümkün olarsa, gələcəkdə destruktiv qeyri-region qüvvələrinin müdaxiləsinə qadağa da qoymaq olar. Məsələ yalnız ondadır ki, Moskva belə radikal müstəqil addımlara nə qədər hazırdır? Ankaranı dialoq üzrə bərabərhüquqlu tərəfdaş kimi qəbul edəcəkmi?

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Qarabağdan yeni erməni hücumu

%d bloqqer bunu bəyənir: