Loading...
Loading...
100294

Moskva İrəvanı silahlandırmaqla bərabər… – Şərh

Nə Minsk Qrupu, nə də Ermənistan Azərbaycan qədər Dağlıq Qarabağ məsələsinin həllinə hazırdır.

Bu sözləri politoloq Fikrət Sadıqov deyib. Dağlıq Qarabağ ətrafında gedən proseslərin gedişatını dəyərləndirən politoloq vəziyyətin kifayət qədər mürəkkəb hal aldığını bildirib:

“Rusiya Ermənistanı sürətlə militaristləşdirməklə qalmır, üstəlik, separatçıları Moskvaya toplayır. Buna şərait yaradılırsa, deməli, separatçılara müəyyən dəstək də var. Digər tərəfdən isə Ermənistanın daxilində kifayət qədər çox mürəkkəb proseslər gedir. Hakimiyyətdaxili kadr dəyişikliyi, o cümlədən xarici işlər nazirinin dəyişilməsi gözlənilir. Görünən odur ki, nə Minsk Qrupu, nə də Ermənistan Azərbaycan qədər Dağlıq Qarabağ məsələsinin həllinə hazırdır”.

Politoloq bildirib ki, aparıcı dövlətlər tərəfindən münaqişənin həllinə dair hər hansı bir fəallıq olsaydı, bu, hiss olunardı:

“BMT-nin 4 qətnaməsi, uzun illərdir sistematik şəkildə erməni tərəfi ilə aparılan danışıqlar kifayət deyilsə, onda aparıcı dövlətlər nə gözləyirlər? Bundan sonra hansı güzəştlərə getməliyik?”

Politoloqun sözlərinə görə, danışıqlar prosesi hələ gündəmdən çıxarılmayıb:

“Bakı danışıqlara hər zaman hazırdır, bununla yanaşı, hərbi potensialımız da kifayət qədər gücləndirilir. Çünki qarşı tərəf ancaq güc dili hesablaşmağa başlayıb”.(Axar.az)

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Nyu-York Tayms Papanın Azərbaycan səfərini tənqid edib

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: