Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Moskva İrəvana silah göndərməyə başladı

Rusiya kredit razılaşmasına əsasında artıq Ermənistana silah göndərməyə başlayıb.

ANS-in məlumatına görə, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.

Ermənistan rəhbərliyi aprelin 15-də Rusiyanın İrəvana 200 milyon dollar dəyərində hərbi məhsulların alınması üçün nəzərdə tutulan dövlət xətti ilə verilən ixrac kreditinin reallaşmasına dair layihəni təsdiq edib. Aprelin sonunda Ermənistan Müdafiə naziri Seyran Ohanyan razılaşmaların imzalanmasına dair işlərin getdiyini bildirmişdi.

Ötən il iyunun 26-da İrəvanda hökümətlərarası komissiyanın iclası çərçivəsində Ermənistan və Rusiya arasında 200 milyon dollar kredit razılaşması imzalanıb. Bununla Rusiya Federasiyası hökuməti Ermənistan ordusunun müasir silahla təminatı üçün 200 milyon dollar məbləğində güzəştli kredit ayırıb.

Bundan əvvəl erməni mənbələri xəbər vermişdi ki, Ermənistan Rusiyadan “İsgəndər-M” raket komplekslərini almaq barədə razılıq əldə edib. Məlumata görə, komplekslər Rusiyanın Ermənistana silah almaq üçün ayırdığı 200 milyon dollarlıq kredit çərçivəsində əldə ediləcək. Lakin sonra bu xəbərləri Ermənistan Müdafiə Nazirliyi təkzib etdi.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

İranda erməni deputatlar Qarabağ üçün Daxili İşlər Nazirliyinə şikayət etdilər – FOTO

%d bloqqer bunu bəyənir: