Advertisements
24 saat

Moskva bazarında azərbaycanlılara hücum – Yaralılar var


Bu gün Moskvadakı Çeremuşkinski bazarında soyuq və travmatik silahlardan istifadə olunmaqla kütləvi dava baş verib.

24saat.org virtualaz.org-a istinadən bildirir ki, bu barədə “Vzqlyad” qəzeti Rusiya paytaxtının hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

“Şəxsi mühafizə müəssisəsinin əməkdaşları əsasən Azərbaycandan gəlmiş onlarla ticarətçini ərazidən çıxarmağa cəhd ediblər. Amma fəal kütləvi etirazla qarşılaşıblar”, – deyə mənbə nəşrə bildirib.

İlkin məlumatlara görə, iki nəfər xəsarət alıb. Onların xəstəxanaya yerləşdirildikləri bildirilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: