Loading...
Loading...

“Moody’s”: Azərbaycan xarici valyuta depozitlərinin artımı üzrə liderdir

“Gələcəkdə də Azərbaycanda valyuta depozitlərinin həcmi artacaq”.

Bunu “Moody’s” beynəlxalq reytinq agentliyinin analitiki Mariya Malyukova Bakıda keçirilən “Risklərin idarəedilmıəsi Forumu-2016”-da çıxışı zamanı bildirib.

“Azərbaycan bank sistemi üzrə proqnoz keçən ildə olduğu kimi neqativdir, əsas amillər üzrə neqativ inkişaf gedir. Dövlətdən daha böyük banklara dəstək gözlədiyimizə görə, müsbət trendlər də var”, – deyə analitik qeyd edib.

“Əməliyyat mühiti mənfi inkişafa doğru gedir. İnkişaf neftdən asılı olduğuna görə, birinci rübdə ressessiya baş verib. Bu, insanların alıcılıq qabiliyyətinə, həmçinin büdcə xərclərinin azaldılmasına, bankların maliyyələşməsinə də neqativ təsir göstərib. Hesabat rübündə kredit portfeli 9% azalıb. Bankların çoxu manat likvidliyi problemi ilə üzləşib. Bu trend bankların kredit portfelinin artmasına mənfi təsir göstərəcək. Problemli kreditlər iki dəfə artıb”, – deyə Agentliyin təmsilçisi əlavə edib.

M.Malyukova bildirib ki, MDB ölkələri arasında valyuta depozitləri üzrə ən yüksək artım göstəricisi Azərbaycandadır: “Gələcəkdə də Azərbaycanda valyuta depozitlərinin həcmi artacaq. Bu da banklarda aktiv və passivlər arasında fərqi artırır. Bununla yanaşı, depozitlərin ümumi sayının azaldığını da görürük”.

Ekspert qeyd edib ki, dövlətin bank sektoruna dəstəyi qənaətbəxş səviyyədədir.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Kredit oliqarxlarının bir qisminin işi ağırlaşır, bir qismi azadlığa çıxır

Loading...
%d bloqqer bunu bəyənir: