Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Monarxiyaya yox! Talana son!” mitinqi başa çatdı – YENİLƏNİB

Mitinqin qətnaməsini oxunması üçün söz AXCP GK üzvü Ruslan Nəsirliyə verildi. Bununla da mitinq başa çatdı

***

AXCP sədri Əli Kərimli çıxış edir. Ə.Kərimli çıxışına siyasi məhbuslara salam söyləməklə başladı. “Bu mitinq xalq hərəkatının başlanğıcıdır. Monarxiyaya yox talana son bizim ümumi şüarımızdır. Bizim yox dediyimiz başqa məsələlər də var. Büdcənin talan edilməsinə, dövlət ehtiyatlarının tükədliməsinə, neft pullarının oğurlanmasına yox deyirik. Bir tərəfdə səfalətə düçar etdikləri xalq var, digər tərəfdə Avropadakı muzeyləri təmir etdirən bir qrup harın var. Biz bu soyğunçuluğa, bu harınlığa yox deyirik. Biz dövlət orqanlarımızın xalqa xidmət etməsini istəyirik. Xəstəxanaya yaxınını aparan qorxu içindədir. Biz sağlamlıq vermək əvəzinə qatilə çevrilmiş səhiyyə sisteminə yox deyirik. Bu gün ölkəin təhsil sistemi təhsilsizliyə xidmət edir. Biz balalarımızı təhsilsiz qoyan təhsil sisteminə yox deyirik”.

***

Ə.Kərimli meydanla növbəti mitinqin vaxtını razılaşdırdı. Növbəti aksiya 17 sentyabr saat 15.00-a təyin edildi.

***

Mitinq keçirilən ərazidə internet və mobil rabitə problemi var. Bütün telefonlarda rabitə dayanıb

***

AXCP sədri Əli Kərimlihakimiyyətin mitinqə təxribat hazırladığı haqda məlumat verdi

***

 

Aksiya dövlət himninin səsləndirilməsiylə açıq elan edildi. Mitinqin aparıcısı AXCP RH üzvü İlham Hüseyndir.

***

Milli Şuranın “Monarxiyaya yox! Talana son!” şüarı ilə keçirilən mitinqinin başlamasına dəqiqələr qalır. Artıq mitinq meydanı olan “Məhsul” stadionunda xeyli insan toplaşıb. Meydanda tribuna hazırdır, başqa lazımi texniki tədbirlər də görülüb. İnsanların meydana axını davam edir. İştirakçılar meydana polis yoxlamasından keçərək daxil olurlar. Ətrafda və meydanın girişində polis təhlükəsizlik tədbirləri görür.

***

Bu gün Milli Şuranın Konstitusiya dəyişiklikləri haqda referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına qarşı etiraz mitinqi keçiriləcək. Mitinq Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda (“İnşaatçılar” metrostansiyasının yanı) olacaq. Aksiya saat 17.00-dan 19.00-a qədər elan olunub. Mitinqin əsas şüarı “Monarxiyaya yox! Talana son!”dur.

Mitinqin deyilən vaxtda və ünvanda keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin razılığı var və Bakı polisi aksiyanın təhlükəsizliyini təmin edəcək.

Təşkilatçılar mitinq üçün bütün hazırlıqların artıq tamamlandığını bildiriblər. Aksiyanın texniki və təşkilatçılar tərəfindən təhlükəsizliyə nəzarət tərəfi də həll olunub. Milli Şura mitinqin yüksək səviyyədə və kütləviliklə keçəcəyinə əmindir.

Milli şuranın mitinq qərarı ilk günlərdən cəmiyyətdə böyük rəğbətlə qarşılanıb. Milli Şura ilə yanaşı çoxlu sayda sosial şəbəkə istifadəçiləri, o cümlədən feysbukdakı əksər böyük səhifələr mitinqlə bağlı xəbərlər paylaşıb, çağırışlar edib. Bir neçə təşkilat və qruplar mitinqdə kollektiv iştirak edəcəklərini bildiriblər. Sosial şəbəkələrdə mitinq təbliğatı təxminən 1 milyon insanı əhatə edib. Milli Şuranın təşkilati donoru olan AXCP mitinqə hazırlıq məqsədilə 30-dan artıq yerli təşkilatında müşavirələr keçirib, min nəfərdən artıq partiya fəalı mitinqin təşkilatçılığına cəlb olunub.

Bütün bunları nəzərə alaraq, təşkilatçılar mitinqin yetərincə izdihamlı keçəcəyini gözləyirlər. Mitinqə qarşı aqressiv əks-təbliğat və qara piar kampaniyası təşkil etməsi, onun kütləviliyini, hazırlıq səviyyəsini azaltmaq üçün müxtəlif təxribat və maneələrə əl atması ilə hakimiyyət də bu aksiyanın izdihamlı alınacağından ehtiyatlandığını ortaya qoyub.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Düşmən pulemyotlardan atəş açır

%d bloqqer bunu bəyənir: