24 saat

Modi Obamayla görüşəcək


Hindistanın Baş naziri Narendra Modi Birləşmiş Ştatlara səfərə gəlib. Məqsəd ikitərəfli münasibətlərin gücləndirilməsidir.

Modi iyunun 6-da Vaşinqton yaxınlığındakı Andrews Hava qüvvələri Bazasına enib.

O, Arlinqton Milli Qəbiristanlığında Naməlum Əsgərin məzarı üstünə əklil qoyub.

İyunun 7-də Prezident Barack Obama Ağ Evdə Modi ilə görüşəcək. Onlar Vaşinqtonla Yeni Dehli arasında mümkün müdafiə sazişini müzakirə edəcəklər.

Modi iyunun 8-də ABŞ Konqresində çıxış edəcək.

2014-cü ildə vəzifəyə gələndən, Modi ABŞ-a dördüncü səfərini edir. O, ABŞ-dan sonra Meksikaya gedəcək.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: