Loading...
Loading...

Mitinqə “şou” dediyi üçün konsertləri təxirə salındı – Fotolar

Türkiyəli məşhur müğənni Sılanın İstanbulun Yenikapı ərazisində təşkil edilən “Demokratiya və şəhidlər” adlı mitinqini “şou” adlandrırmasından sonra iki konserti təxirə salınıb.

Mövzuya bağlı İstanbul Böyükşəhər bələdiyyəsi açıqlamasında müğənninin mitinqi “şou” adlandırması səbəbiylə 21-22 sentyabr tarixində baş tutacaq konsertinin ləğv olunduğunu bildirib.

Açıqlamada Sılanın səsləndirdiyi fikirlərə sərt münasibət göstərilib:

“Çevirilişə qarşı mitinq keçirilib, millət anlayışını dərk etmiş sənətçilərimizin sərgilədiyi duruşa etiraz edib, qarşı çıxıb. Ona layiqli cavab verilib. Xalqın meydanlarda verdiyi mübarizəni “şou” adlandırıb, lağ edib. Bu səbəbdən bələdiyyəmiz tərəfindən keçirələcək iki günlük konsert ləğv olunub”.

Bursa Böyükşəhər bələdiyyəsinə bağlı Bursa Mədəniyyət- İncəsənət və Turizm Birliyinin verdiyi açıqlamada Sılanın 28 sentyabr tarixində həmin şəhərdə verəcəyi konsertin də ləğv olunduğu qeyd edilib:

“Gənc müğənni Sıla Gencoğlu millətin etirazına həssaslıqla yanaşmayıb. Bu səsəbdən konserti təxirə düşüb”.

Xatırladaq ki, “çevirilişin əleyhinəyəm, amma Yeikapıdakı şouya qatılmayacam” sözlərinə görə tənqid olunan ifaçı mövzu ilə bağlı yenidən açıqlama vermişdi.

Sosial mediada etirazlara səbəb olan ifaçı “Söylədiklərimin arxasındayam, hər kəs kimi mən də demokratiyanı müdafiə edirəm. Ancaq mən öz düşüncələrimi söyləmişəm”,- deyə açıqlamasında qeyd etmişdi.

Mitinqə “şou” dediyi üçün konsertləri təxirə salındı -  Fotolar

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Simadan qalmaqallı bikinili fotolar

Loading...
%d bloqqer bunu bəyənir: