“Miss Türkiyə” Ərdoğanı təhqir etdiyinə görə cəzalandırıldı

Türkiyə məhkəməsi 27 yaşlı türk model Merva Buyuksaracın barəsində 14 aylıq şərti cəza təyin edib.

24saat.org saytı Türkiyə mənbələrinə istinadən xəbər verir ki, məhkəmənin belə bir qərar çıxarmasına səbəb türk modelinin ölkə başçısı R.T.Ərdoğanı təhqir etməsi olub.

Xatırladaq ki, M.Buyuksarac 2006-cı ildə “Miss Türkiyə” gözəllik yarışının qalibi olub. Model 2014-cü ildə “İnstagram” sosial şəbəkəsində satirik statuslar paylaşdığına görə saxlanılıb.

Prokurorluq orqanları modelin fikirlərini təhqiredici hesab ediblər.

Qeyd edək ki, həmin vaxt Türkiyənin baş naziri R.T.Ərdoğan olub.

Büdcə talançısı Vidadi Zeynalov azadlığa buraxılır – PİAR ELDAR MAHMUDOVDAN GƏLİR

Sonrakı Yazı »

Rusiyada bina uçdu

%d bloqqer bunu bəyənir: