Now Reading:
Mirvari Qəhrəmanlı SOCAR-ı ifşa etdi
Full Article 2 minutes read

Mirvari Qəhrəmanlı SOCAR-ı ifşa etdi



 

Mirvari Qəhrəmanlı : “İşçi ilə mülki müqavilənin bağlanması yolverilməzdir”

“Bu, işçini gərəkli hüquqlardan məhrum etmək deməkdir”

Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı SOCAR prezidenti Rövnəq Abdullayevə müraciət edib. Müraciətdə təşkilat sədri şirkətin vəzifəli şəxsləri üçün Əmək qanunvericiliyinin tədrisi üzrə maarifləndirici treninqlərin təşkil edilməsini xahiş edib: “Azəriqaz” İB-nin baş direktorunun satış və istismar üzrə müavini cənab Ruslan Əliyev Azərbaycan Respublikasının Əmək qanunvericiliyinin tələblərini pozaraq, ixtisara saldıqları işçinin Əmək Məcəlləsində nəzərdə tutulmuş hüquq və təminatlarını məhdudlaşdırıb. Belə ki, R.Əliyevin 09 fevral 2016-cı il tarixli məktubu ilə, test imtahanından 22 bal toplamış Dürdanə Məmmədovaya xidmət müqaviləsi əsasında təmirçi-çilingər peşəsi təklif edib. Halbuki, işçi ilə işəgötürən arasında olan əmək münasibətləri, (xüsusən də ştatlı işçilərlə) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada, əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir”.

Məsələni aydınlaşdırmaq üçün M.Qəhrəmanlı ilə əlaqə saxladıq. M.Qəhrəmanlı 24saat.org-a açıqlamasında bildirdi ki, işçi ilə Əmək Məcəlləsi deyil, Mülki Məcəllə əsasında müqavilə bağlamaq işçinin hüquqlarını məhdudlaşdırmaq, daha doğrusu, ona heç bir hüquq tanımamaq deməkdir:

“İşçisi ilə əmək müqaviləsi əvəzinə, mülki müqavilə bağlanıbsa, bu, tamamilə biabırçılıqdı. Yəni işçi ilə mülki müqavilənin bağlanması, onun əmək məcəlləsində göstərilən imtiyazlardan, güzəştlərdən məhrum olması deməkdir. Həmin işçiyə əmək məcəlləsindəki güzəştlərin – məzuniyyət, tibbi müalicə və s. şamil olunmur. Heç bir güzəştdən istifadə edə bilmir. Baxın, dövlət orqanı olan “Azəriqaz”da işçi  ixtisara düşür və onunla mülki müqavilə bağlanır. Mülki müqavilə isə işçinin hüquqlarını məhdudlaşdırır. Ona görə də, biz Rövnəq Abdullayevə müraciət etdik. Onun idarə və müəssisələrinə rəhbərlik edən vəzifəli şəxslər konstitusiyamızda göstərilmiş əmək qanunvericiliyinə aid maddələri  bilmədiklərinə görə, işçinin hüquqlarını pozurlar. Bu, çox ciddi hüquq, qanun pozuntusudur. Çünki Mülki Məcəllədə heç bir öhdəlik yoxdur. Sadəcə, işinin müqabilində qonorar alırsan. Amma Əmək Məcəlləsində bunlar nəzərə alınır”.

Seymur Əliyev

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: