Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Mirşahinin təhqir və nifrin dolu reportajının yanında buna cavab demək olmaz”

“Biz həmişə güclülərlə vuruşduq, yıxılana heç vaxt balta vurmadıq”

Bundan sonra biz Mirşahinin “Hesabat”na, Ulviranın “Beş barmağ”ına, İradə İsaqın “Deməsək olmaz” və s. verilişlərinə baxa bilməyəcəyik. Yəqin ki, Mirşahin müəllimin əsəbləri xeyli sakitləşəcək. Çünki o, verilişini çox əsəbi və gərgin aparırdı. Yadımdadır, cəmi bircə dəfə parlamentə deputat seçilmiş rəhmətlik “Sitatın sonu” verilişinin aparıcısı Etibar Hüseynov hansısa səhvə yol vermişdi. Görün Mirşahin ona nə dedi: “Pis-yaxşı deputat olubsan, ya səni ediblər, bilmirəm. Oturduğun yeri batırma də, qardaşım. Yekə kişisən, artıq bir az böyüməliydin axı. Bura uşaq bağçası deyil. Lap elə uşaq bağçası sayırsansa, onda böyüklərə qulaq as”. Doğrudan da böyüklərin sözünə baxmaq lazımdır. Axır ki, o da böyüklərin sözünə baxmalı oldu. Mirşahin müəllim həftə içi obyekt müəyyənləşdirə bilmədiyindən Etibar Hüseynovu seçmişdi…
Amma o, yekəlikdə Etibar Hüseynov ona cavab vermədi. Mirşahin məmurları biabır eləyəndə elə bilirdilər ki, tapşırıq yuxarıdan gəlib. Hamı kirimişcə dururdu. Beləcə hökumət və cəmiyyət ANS-i yola verirdi. Həddindən artıq hiyləgər olan bu şirkətin rəhbərliyi kritik momentlərdən ustalıqla çıxırdı…
“Bu sözləri Moderator.az da ANS- lə bağlı fikirlərini bölüşən Etibar Əliyev söyləyib. Ancaq hörmətli Etibar müəllim bir qədər yanlışlığa yol verib. Belə ki, o vaxt mən Mirşahinə cavab vermişdim və o da mətbuatda yayımlanmışdı. Bəlkə də Etibar müəllim düz deyir – çünki Mirşahinin təhqir və nifrin dolu reportajının yanında buna cavab demək də olmaz. Amma neyləyək ki, Anamız bizi belə doğub, Atamız bu cür tərbiyələndirib – Biz həmişə güclülərlə vuruşduq, yıxılana heç vaxt balta vurmadıq. Biz Atalarımızın oğluyuq. Analarımızdan, babalarımızdan özümüzə soy düzəldib arxasında daldalanmadıq. Bu gün də həmin əqidədəyəm. Allah efirlərini açıq etsin deyirəm. Qalanı sonraya qalsın. Nə isə.. Dediyim odur ki, hər bir halda cavab olub və onu hörmətli oxucularınızın diqqətinə bir daha çatdırmağı lazım bildim”.
Dəyərli oxucu, dırnaqdakı bu fikirlər jurnalist həmkarımız, keçmiş millət vəkili Etibar Hüseynova məxsusdur. Etibar Hüseynov hələ o vaxt, yəni 2014-cü ilin 14 aprelində ANS-də Mirşahin tərəfindən sərgilənən davranışa verdiyi cavabın da Moderator.az-da təkrar oxuculara təqdim olunmsını xahiş edib:
“Bir qədər əvvəldən başlayacam. Xəstəxanada keçirdiyim ağır əməliyyatdan sonra evə gəldiyim 2 gün idi. Əslində həkimlər daha bir-neçə gün qalmağımda təkid etsələr də xəstəxana mühitinə dözümsüzlüyümdən tez çıxdım.
Bir gün sonra-şənbə axşamı, səhərisi günü efirə dəvətli olduğumu xatırlatmaqdan ötrü, Rövşanə zəng etdi. Düzü əməliyyata girməyim qəfil olduğu üçün Rövşanəni xəbərdar edə bilməmişdim. Ona görə də üzrxahlıq edib gələ bilməyəcəyimi dedim. Amma Rövşanə “Etibar müəllim ayaqüstə durmayacaqsınız ki, onsuz da əyləşib danışacaqzınız. Mən də kömək edəcəm. Birtəhər ötüşərik “- deyə gəlməyimdə təkid etdi. Rövşanə xanımı qırmadım. Digər tərəfdən də iki saat yarımlıq canlı efirə qonağın gəlməməsinin də nə olmasını bir televiziyonçu kimi dərk etdiyimdən razılıq verdim.
***
Küləkli, soyuq havada (həmən günü qəflətən güclü qar da yagdı) ANS-ə yollanıb çox çətinliklə də olsa verilişdə iştirak etdim. Bu mənim həm jurnalist, həm də bir millət vəkili olaraq ANS-ə olan diqqətim, sayğım, hörmətimin bir nümayişi idi. Bəs ANS neylədi? Əslinə qalanda mənimlə bağlı ortaya atılmış bu çirkin kampaniyanın kökündə ANS dururdu. Yəni hadisə bu telekanalda baş vermişdi. Ona gürə də məsələyə aydınlıq gətirmək üçün mənə tribuna vermək bu kanalın tək insani deyil, həm də peşəkar borcu idi. Amma nə baş verdi? Hadisələrin ən qızğın dönəmində Mirşahinə telefon açdım. 1-2 dəqiqəlik efir istədim. ” Qadan alım, heş nədən xəbərim yoxdu. İndi “Adam içində”yə baxıram. Sonra zəng edərəm-dedi. O boyda Mirşahinin bu boydana həngamədən guya ki, xəbərsiz olması artıq məsələyə münasibətdən xəbər verirdi. O zəng etmədi təbii ki. Ona görə mən də zəng vurmağın əhəmiyyətsizliyini dərk etdiyimdən telefon açmadım.
***
Bəs sonra nə baş verdi? Mənə 2 dəqiqə cavab haqqı tanımayan ANS öz şüarına sədaqətsiz çıxıb haqqımda dalbadal birtərəfli, qərəzli süjetlər yayımladı. Heç birində də qarşı tərəf kimi mənə söz verməyə belə zərurət görmədən. Və bu da son. Mirşahin efirə çıxaraq məni təhqir etdi. Olsun. Amma nə üçün məhz təhqir? Bəyəm sözün əsl mənasında söz xiridarı olan Mirşahinin məni utandırmaq üçün bir-neçə cümlə deməyə fikir qıtlığımı var idi. Əsla. O məni çox asanca, həm də təhqirsiz filansız da “yıxıb-sürüyə” bilərdi. Buna onun söz və fikir potensialı çatır təbii ki. Amma neyləməli. Bu gün əli qələm tutan hər kəs Etibar Hüseynovdan yazır, tənqid hətta hərdən bir qədər də uzağa gedib təhqir də eləyir. Çünki bilirlər ki, hələ heç bir mətbu orqanı və ya jurnalisti məhkəməyə verməmişəm. Və indən belə də verməyəcəyəm. Mən deputat seçiləndə özümə söz vermişəm ki, millət vəkili olduğum müddətdə jurnalistləri məhkəməyə verməyəcəyəm. Və hamı əmin olsun ki, bu sözümə sona qədər sadiq qalacağam. Amma haqqımda yazan bu xor dəstəsinə Mirşahinin də qoşulmasına çox üzüldüm. Ona yaraşdırmadım. Mirşahin peşəkardır. Və onun peşəkarlığı bu dəfə də üzə çıxdı. O məni o səviyyədə vurdu ki. mənim həmin səviyyəyə enib cavab verməyimə nə məxsus olduğum ranq və nə də status imkan vermir. Və bundan başqa məxsus olduğum tərbiyə də yol vermir ki, uzun illərdən bəri tanıdığım, hər görüşəndə mənimlə öpüşüb-görüşən , az qala hər kəlməbaşı “qadan alım” deyən, bir neçə dəfə şəxsən telefon açıb ayrı-ayrı yazı və proqramlatıma görə az qala bir saat tərif deyən birisini təhqir edəm.
***
Nə yazıqlar olsun ki, bu gün jurnalistikada ən asan və cəlbedici şey təhqir və dezinformasiya yazmaqdı. Və təhqirin də dozası nə qədər yüksək olursa o daha tez və həvəslə tirajlanır. Bu faktdır. Bu baxımdan hamı gözləyirdi ki, yəqin mən də gözümü yumub, ağzımı açacağam. Amma Mirşahinə qiymadım. Çünki bilirəm ki. bu gün hirsli başla deyəcəyim bir neçə kəlməni sonra həyatım boyu özümə bağışlamayacam. Bu gün hələ də sinəm sarğılıdı. Karsetlə gəzirəm. Təbii ki, hər bir yara sağalacaq , öz yerini tutacaq da . Amma etiraf edim ki, Mirşahinin sinəmə vurduğu “yara” yəqin ki , hələ çox gec sagalacaq.
****
Mən Mirşahinin demək olar ki, bütün yazı və proqramlarını izləmişəm. Hələ heç vaxt onun bir kimsənin üzərinə bu qədər “cəsarət” və “həqarət”lə getdiyinin şahidi olmamışam. Hətta ANS və özü Milli Məclisin tribunasından ən ağır şəkildə təhqir olunanda belə. Bunun səbəbini yuxarıda açıqladım. Və bu gün adım kimi ona da əminəm ki, əgər millət vəkili deyil, sıravi jurnalist olsaydım Mirşahin heç vaxt bu dərəcədə təhqiramiz ifadələrə üstümə gəlməyə cürət etməzdi. Çünki kim də olmasa Mirşahin mənim bu sahədəki fərasətimə yaxşı bələddi. Hərgah da ki, söhbət təhqirdən gedirsə. Ona görə də bu gün də olmasa, nə vaxtsa mən də kimlərdənsə “hesabat” soracam yəqin ki. Mənim də saç-saqqalım jurnalistikada ağarıb. Mən də çox adamlar haqda çox şey bilirəm. Amma Allah eşqinə gəlin pardələri qaldırmayaq”.

24saat.org
Loading...

Kərəm Həsənovun zavodunda üsyan: dayısı və qardaşı işçilərə pul vermir – Özəl

Sonrakı Yazı »

HİV-ə yoluxanlar: Aralarında donor qanının köçürülməsi nəticəsində yoluxan da var

%d bloqqer bunu bəyənir: