Advertisements
24 saat

Mirşahin Ağayev xəstəxana palatasında – VİDEO

Xəbər verildiyi kimi, məşhur telejurnalist, ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev Türkiyədə cərrahiyyə əməliyyatı keçirib.
ANS prezidentinin müşaviri Mais Məmmədovun verdiyi xəbərə görə, jurnalistin əməliyyatı uğurla keçib və hazırda o, özünə gəlməkdə, sağalmaqdadır.
ANS prezidenti Vahid Mustafayev isə Mirşahin Ağyaevin xəstəxana palatasında çəkilmiş videoçıxışını öz səhifəsində yerləşdirib.
Vahid Mustafayevin paylaşdığı video aşağıdakı cümlələrlə müşayiət olunub: “Bu gün Azərbaycan mediasında gecikmiş bir xəbərə rast gəldim. Qardaşım və silahdaşım Mirşahinin ölkəni tərk etməsi nəyə görəsə 5 gündən sonra gündəmə gətirilir. Mətbuatın ona göstərdiyi diqqətə görə təşəkkürümü bildirirəm. Amma eyni zamanda Mirşahinin ətrafında bu qədər ajiotaj yaranmasına da təəccüblənirəm. ANS bağlananda bele hay-küy olmamışdi. Nə olub ki? Nə fövqəladə hadisə baş verib ki? Muayinə və əməliyyat səbəbiylə Turkiyəyə, qardaş ölkəyə gedib, heç bir təhlükə-filan yoxdur, əməliyyatı uğurlu olub, bərpa prosesindədir.
Bütün söz-söhbətlərə son qoymaq üçün mənə yolladığı şəxsi video ismarışı paylaşıram”.
Aşağıdakı videoda telejurnalistin çıxışını izləyə bilərsiniz.

 

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: