Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
mirsahin2

Mirşahin Ağayev əməliyyat olundu

ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist Mirşahin Ağayev Türkiyədə əməliyyat olunub.

“Qafqazinfo” xəbər verir ki, jurnalistin yaxınları musavat.com-a hazırda onun vəziyyətinin normal olduğunu bildiriblərır: “Mirşahinin səhhətində çoxdan problem var idi. Həkimlər yayda əməliyyat olunmağı tövsiyə etmişdilər. Lakin ANS-in bağlanması planları pozdu. Ona görə də əməliyyat gecikdi. Vəziyyəti ciddi olduğu üçün Türkiyəyə getməli olub”.

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov bildirdi ki, Mirşahin şənbə günü əməliyyat olunub. Jurnalist mədəsindəki problemlə bağlı əməliyyat keçirib və hər hansı onkoloji xəstəliyi yoxdur: “Şükür Allaha, əməliyyat yaxşı keçib, uğurlu əməliyyat olub. İndi yavaş-yavaş özünə gəlir. Həkimlər nə vaxt icazə versə, ölkəyə qayıdacaq. Yəqin ki, 4-5 gün çəkər”.

M. Ağayev özü isə bu haqda danışmaq istəməyib.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

M.Konrat: “Fəxrəddin Manafovun və Zülfiyyənin üzr istəməsini gözləyirəm”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: