Loading...
Loading...

Mir Şahinə yeni vəzifə verildi… -ANS bir dəfəlik bağlandı

ANS TV-nin bazasında yeni televiziya kanalının açılması nəzərədə tutulur.

Uzun müddətdir müzakirə edilən və açılmasına qərar verilən ASAN TV ANS TV-nin texniki bazası üstündə qurulacaq. Xəbərdə vurğulanır ki, ANS bir daha açılmayacaq və onun bütün texnikası satın alınaraq, ASAN TV-nin binasında quraşdırılacaq.
Həmçinin ASAN TV-nin ANS-in yaradıcı personalını tam heyətlə işə dəvət edəcəyi də gözlənilir. İddia edilir ki, hakimiyyət 500-dən artıq jurnalistin ANS-in bağlanması ilə işsiz qalmasında maraqlı deyil və bu peşəkar heyəti tam tərkibdə yeni kanalda işlə təmin etməyi hədəfləyir.
ANS-in vitse-prezidenti, məşhur jurnalist Mir Şahin Ağayevə də ASAN TV-də yüksək vəzifə veriləcəyi bildirilir./aznews.info/

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

Xristianlaşan oğuzlar və dunayı ikinci dəfə keçənlər…

%d bloqqer bunu bəyənir: