Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Mingəçevir şefinin Sahibi kimdir? – Faktlar

Mingəçevir şəhər icra başçısı xələfinin taleyini yaşaya bilər. 24saat.org-a verilən məlumata görə, Niyazi Bayramovun özündən qabaq şəhərə rəhbərlik etmiş və sonuncu iş yeri olan Göyçaydakı vəzifəsini itirmiş Mübariz Ağayev kimi sərəncamı gözlənilir.

N.Bayramovun iş adamları ilə rəftarı barədə çoxsaylı şikayətlər prezidentə ünvanlanır. Dövlət başçısının sahibkarlıqla bağlı bir neçə ay əvvəl səsləndirdiyi bəyanatlar və tapşırıqlardan sonra bu sahə üzrə gələn şikayətlərə xüsusi həssaslıq nümayiş etdirilir.
Prezident Administrasiyasında ən çox hansı regionun icra hakimindən sahibkarların şikayət etdiyi barədə statistika hazırlanır. Ondan əlavə gələn məlumatlara görə, N.Bayramovun da adı bi siyahıda keçir. 2012-ci ilə qədər bəri Mübariz Ağayev, bu tarixdən etibarən isə bu günədək Niyazi Bayramov şəhərə ayrılan xərcləri peşəkar maliyyə əməliyyatları ilə maxinasiyaya məruz qoyub.
Onun köməkçisi, mətbuat xidməti rəhbəri və sağ əli Sahib müəllim isə iş adamları ilə bağlı məsələlərdə əsas səlahiyyətli məmur hesab olunur. İcra başçısı ona imkan yaradıb ki, sahibkarlara diktə eləsin. Hətta Mingəçevirin Sahibi adını qazanıb.
24saat.org-a gələn xəbərlərə görə, şəhərin meri Niyazi Bayramov və 11 saylı Ərazi Vergilər İdarəsi məmurları sahibkarları sıxışdırmaqda davam edir. Sahibkarlıqla məşğul olan şəxslər 11 saylı Ərazi Vergilər İdarəsindən və onlarla əlbir olduğu iddia edilən icra başçısından narazılıq edirlər.
Yevlax-Mingəçevir bölgəsində sahibkarların sıxışdırılması vergi faiz dərəcələrinin gələn ildən artırılması göstərilir. Vergilərin 2% dən 6 % -ə qədər qalxdığını deyən idarə işçiləri sahibkarları hədələməkdən belə çəkinmir. Bu da sahibkarların narazılığına səbəb olur.
Məlumatda o da deyilir ki, Mingəçevirə ayrılmış 2 milyon manat məbləğində vəsaitin hara xərcləndiyi bilinmir. Niyaz Bayramov Mingəçevir İcra Hakimiyyətinin yerləşdiyi yerin arxasındakı Dostluq parkının 400 kvadrat metrdən çox ərazisini dövlət hesabına təmir etdirib.
Daha sonra həmin ərazini öz şəxsi mülkiyyəti kimi sahibkarlara satıb. Parkın satılan ərazisində isə 30-dan artıq ağac məhv edilib. Niyazi Bayramov dövlət parkının 1 kvadratmetrini 250 manata sataraq, 100 min manat əldə edib.
Misal üçün, ötən il Mingəçevirdə yerləşən “Sahil” və “Heydər” parklarının təmirinə 1 milyon yarım manat vəsait ayrılmışdısa, həmin maliyyə vəsaitinin böyük hissəsi mənimsənilib. İcra başçısı “Lider Monolit MMC” ni yaxınların adına yazdıraraq əldə etdiyi vəsaiti onunla əlbir işləyən məmurlarla birlikdə bölüşdürüb. N.Bayramovun maliyyə əməliyyatları haqda araşdırmalarımız davam edir və digər faktları yaxın günlərdə təqdim edəcəyik.

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Sabah Bakıda 34 dərəcə isti gözlənilir

%d bloqqer bunu bəyənir: