Advertisements
24 saat

Milyonluq otel sahibinin insan həyatına verdiyi 5 qəpiklik dəyər


Nə fəhlələrin qeydinə qalan var, nə yol istifadəçilərinin…

Novxanı çimərliyində inşa edilən və tikintisi hələ də davam edən “Spring” otellə bağlı 24saat.org-a maraqlı informasiya daxil olub. Mənbənin sözlərinə görə, artıq bir neçə ildir ki, inşası davam edən “Spring” oteldə nə fəhlələrin, nə də yoldan keçən insanların təhülkəsizliyi ilə bağlı heç bir tədbir görülmür ki, bu da bədbəxt hadisələrin baş verməsi üçün zəmin yaradır:

“İnşası davam edən 5 ulduzlu otel kompleksinin tikinisində iştirak edən fəhlələrin heç biri tikinti təhlükəsizliyi üçün nəzərdə tutulan xüsusi geyim növləri, dəbilqə və s.ilə təmin edilməyib. Bu azmış kimi tikinti aparılan əraziyə bitişik magistral yoldan keçən piyada və avtomobillərin təhlükəsizliyi ilə bağlı da heç bir tədbir görülməyib. Tikinti ilə magistral yolu ayıran çəpər, təhlükəsizlik zolağı yoxdur. Piyadalar da, avtomobillər də sözügdən yoldan hər gün qəza riskini gözə alaraq gedib-gəlmək məcburiyyətindədir. Görünən odur ki, otel rəhbərliyi üçün önəmli olan sadəcə otelin inşasının mümkün qədər tez başa çatdırılmasıdır, onu tikib ərsəyə gətirənlərin təhlükəsizliyi deyil”.

24saat.org

spring

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: