Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
simson

Milyonlarla insanın inandığı yalan – VİDEOLAR

İddia edilən bənzər görüntülər 2000-ci ilə aid deyil

ABŞ-da prezident seçkilərinin nəticəsində iş adamı Donald Tramp qələbə qazanıb. O, ABŞ-ın 45-ci prezidenti seçilib.

Prezident yanvar ayından etibarən fəaliyyətinə başlayacaq.
Donald Trampın prezident seçilməsi “The Simpsons” adlı cizgi filmindəki səhnəni yenidən gündəmə gətirib.
İddialara görə, cizgi filminin 2000-ci ildəki bir bölümündə Donald Trampın görüntüləri var və həmin görüntülərdə Trampın prezident seçiləcəyi 15 il öncə deyilir.
Bizimyol.info xəbər verir ki, bu iddia o qədər geniş səs-küyə səbəb olub ki, milyonlarla insan bunun gerçək olduğuna inanıb. Azərbaycanla yanaşı digər ölkələrin kütləvi informasiya vasitələrində məsələ ilə bağlı yüzlərlə xəbər yayılıb.
Bunun gerçək olduğuna inanlar, məsələnin əslində yalan olduğunu tapmaqda çətinlik çəkirlər. Çünki internet aləmində “Donald Tramp və simpsonlar” yalanı barədə məlumatlar, doğrulardan həddindən artıq çoxdur.
Həqiqət isə belədir:
İddia edilən bənzər görüntülər 2000-ci ilə aid deyil. Həmin görüntülər 7 iyul 2015-ci ildə FOX tv-də göstərilən “The Simpsons” cizgi filminin “Trumptastic Voyage” adlı bölümünə aiddir. Bu bölümdə simpsons ailəsində ata Homer, küçədə dondurma yeyərkən onun yanına bir adam gəlir və ona “Növbəti prezidentin kim olacağı səni maraqlandırır?” sualını verir. Növbəti səhnədə isə Honer, Trampın tərəfdarları arasında görülür.
Həmin səhnədə Tramp, tərəfdarlarının alqış sədaları altında pilləkanlardan enir.
Reallıqda isə Tramp 16 iyun 2015-ci il tarixində namizədliyini açıqlamışdı və görüntülər də həmin günlərə aiddir. Yəni 2000-ci ildə yayımlandığı iddia edilən görüntü, Trampın namizədliyini açıqladığı gündən 3 həftə sonra yayımlanıb.
Lakin ortada bir gerçək var ki, 2000-ci illərdə yayımlanan “The Simpsons” cizgi filmində həqiqətən də Donald Trampın adı bir dəfə çəkilir.
Donald Trampın adı cizgi filmin 19 mart 2000-ci ildəki bölümündə çəkilib.
Donald Trampın adının cizgi filmində  çəkilməsinin səbəbi isə odur ki, Tramp  həmin dövrdə Reform Partiyasından öz namizədliyini irəli sürmüşdü. Qısa bir müddət sonra isə o namizədliyini geri götürmüşdü.
Çizgi filmin “Bart to the Future” adlı bölümündə Bart Simpson öz gələcəyini görür.
Bart öz gələcəyində görür ki, bacısı Lisa Simpsons ABŞ prezidentidir. Özü də Lisa, prezidentliyi Trampdan təhvil alıb.
Həmin bölümdə Lisa, məsləhətçilərinə “Bildiyiniz kimi, Trampdan bizlərə ciddi bir büdcə sıxıntısı miras qalıb. Vəziyyət hansı səviyyədədir?” deyə sual verir.
Cizgi filmin bu bölümündə 2-ci dəqiqənin 25-ci saniyəsində Donald Trampın adı çəkilir
Köməkçilərdən biri, “Beş dollarımız da yoxdur” deyə cavab verir. Bölümün sonunda Lisa, Trampın miras qoyduğu iqtisadi çöküşdən çıxmaq üçün müxtəlif təkliflər verir.
“Bart to the Future” adlı bölümlə bağlı açıqlamalar verən ssenarist Dan Greany, bölümdə Lisanın həll edə bilməyəcəyi səviyyədə problemlər yaratmaq istədiklərini və bunun o zamanlar yalnız Donald Tramp kimi birinin prezident olarsa baş verə biləcəyini güman etdiklərini deyib.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Trampın yaşadığı ev – Fotolar

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: