Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Milyarderlərin sayı pik həddə çatdı

Milyarderlərin sayı 2 min 473-ə çatdı. Bu, dünyanın bu günə qədər gördüyü ən yüksək göstəricidir.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ araşdırma mərkəzi olan Wealth-Xin “Milyarder Əhali Hesabatı”nı açıqlayıb. Hesabata görə, 2014-cü ildə 2 min 325 olan milyarderlərin sayı 2015-ci ildə 2 min 473-ə yüksəlib.

Varidatı bir milyard dolları aşan insanların hesaba alındığı sənədə görə, hər 2,95 milyon adam başına bir milyarder düşür.
Hesabatda ayrıca vurğulanır ki, ən zəngin insanların sərvətlərinin həcmi indiyə qədər görünməyən bir həddə çatıb. Bu milyarderlərin sərvətləri ildə 5,3% artaraq ümumilikdə 7,7 trilyon dollara çatıb. Bu həcm Fransa, İngiltərə, Almaniya və ya Yaponiyanın ümumi daxili hasılatından daha çoxdur.
Hesabat hansı sahələrin varlanmaq üçün daha əlverişli olduğunu da açıqlayıb:
– Milyard dollarlıq bir sərvət yaratmaq üçün maliyyə bazarı hələ də ən əlverişli sektor olaraq qalır. Ancaq bu sektorda iş quran milyarderlərin sayı keçən il 5,5% gerilədi, sərvətləri 6,6% nisbətində dəyərini itirdi.
– Asiya, ultra zənginlərin ən sürətlə böyüdüyü bölgədir. Buradakı milyarderlərin sayı 2015-ci ildə 15,2 artaraq 645-ə çatdı. Onların dəqiq gəliri isə 19,6% artıb və 1,69 trilyon dolları keçib.
– Milyarderlərin ortaq “hobbisi” isə xeyriyyəçilikdir. Milyarderlərin yüzdə 56,3-ü pullarını geri verməyə könüllü olaraq razılaşırlar. Digər ortaq hobbilər isə səyahət, sənət, siyasət və dənizçilikdir.
– Bir çox zəngin üçün nağd vəsaitlər hələ də “kraldır”.
– Milyarderlərin sırasında cinsiyyət ayrı seçkiliyi gedərək böyüyür. 2014-dən bəri milyarderlər sinifinə qatılan 148 nəfərdən 140-ı məhz kişilərdir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Fikrət Yusifov: Vergi islahatları bizə nə vəd edir?

%d bloqqer bunu bəyənir: