Millimizlə bağlı nəhs proqnoz: Məğlubiyyət və 2 pillə geri


Milli komandaların növbəti FİFA reytinqinə qədər keçirəcəyi oyunların təxmini nəticələri və bu ehtimallara əsasən tərtib olunan cədvəl açıqlanıb.

24saat.org apasport.az-a istinadən xəbər verir ki, Avropanın aparıcı ekspertlərinin fikirləri Azərbaycan yığması üçün heç də ürəkaçan deyil.

Proqnozlara əsasən, millimiz DÇ-2018-in seçmə mərhələsinin noyabrın 11-də baş tutacaq matçında məğlub olacaq. İlk üç turda qol buraxmayan və uduzmayan komandamızın Şimali İrlandiya ilə səfər matçında məğlubiyyətini proqnozlaşdıran ekspertlər komandamızın 2 pillə geriləyəcəyini ehtimal edir.

Proqnozlarla qurulan cədvəldə 90-cı olan Robert Prosineçkinin yetirmələri 386 xala malikdi. Hərçənd, bu ay açıqlanan rəsmi siyahıda 404 xalla 88-ci idik. 18 xal itkisi geriyə atılan iki addımla nəticələnəcək. Bu geriləmə Bolqarıstan və Qətərin irəliləməsi ilə bağlıdı.

Qeyd edək ki, FİFA siyahısını noyabrda baş tutacaq seçmə oyunlarından sonra ayın 18-də açıqlayacaq.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

“Mançester Yunayted”in çempionluğu çətin məsələdir”

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: