Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Millimiz darmadağın oldu – FOTOLAR

Mayın 5-də Bakıda keçirilən Avropa çempionatında 17 yaşadək futbolçulardan ibarət milli komandamız Portuqaliya yığması ilə qarşılaşıb.

Publika.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan oyunda millimiz ilk oyunda ilk məğlubiyyətini alıb. Belə ki, matçın 4-də dəqiqəsində portuqaliyalı futbolçu Jose Qomes hesabı açıb. Oyunun 11-ci dəqiqəsində Portuqaliya millisinin qapısı qarşısında təhlükəli vəziyyət yaradan millimiz qol şansını əldən verib. Beş dəqiqə sonra qapıçı Məmməd Hüseynovun səhvindən yararlanan Jose Qomes ikinci topu millimizin qapısından keçirib.
Yığmamızın futbolçuları Metin Gülər və Barış Ekincier rəqib qapısı qarşısında bir neçə dəfə qol imkanı yaratsalar da, fərqlənə bilməyiblər. Matçın 24-cü dəqiqəsində millimizin oyunçusu Elçin Əsədov avtoqolla yadda qalıb.
İlk hissəsinin sonunadək hesab dəyişməyib və Portuqaliya millisi fasiləyə 3:0 hesablı üstünlüklə yollanıb.
Qonaqlar ikinci hissəyə daha fəal başlayıb. Oyunun 44-cü dəqiqəsində Migel Luis hesab arasındakı fərqi artırıb. Görüşün 61-ci və 62-ci dəqiqələrində futbolçumuz Fərid Nəbiyevin rəqib qapısına vurduğu zərbələr dəqiq olmayıb. Oyunun 76-cı dəqiqəsində Gedson Fernandes növbəti dəfə topu millimizin qapısından keçirib. Beləliklə, görüş Portuqaliya millisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Millimiz növbəti oyununu mayın 8-də Belçika yığmasına qarşı keçirəcək.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Rusiya xokkey çempionatı keçirir

%d bloqqer bunu bəyənir: