Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Milli Şura sədrindən iftiralara cavab

Dostlar, Milli Şuranı, AXCP-ni Əli Kərimlini və məni hansısa bir dini radikalizmlə əlaqələndirmək hakimiyyətin köhnə planıdır. Yaxşı xatırlayıram Milli Şuranın mitinqlərinin birində keçmiş MTN birisinin əli il tərsə bir İŞID bayrağı qaldırmışdı.

Bunu çəkib Avropaya göstərmək istəyirdilər ki, guya Milli Şura İŞID terror təşkilatını himayə edir. Amma bayraq tərsinə qaldırıldığı kimi işlər də tərsinə getdi. Tərsə işin qurbanı MTN özü oldu. Sonra hakimiyyət nəzarətində olan “islamçıları” Milli Şuranın mitinqinə səfərbər etmək istədi. Bu məsələdə ifşa olundu. Ötən ilin noyabrında “Nardaran əməliyyatının” Əli Kərimli və mənə qarşı təşkil olunduğu da artıq heç kim üçün sirr deyil. İstintaq prosesində Hacı Tale Bağırzadəyə təsəvvürə gəlməz işgəncə verirblər ki, Nardaranda dövlət çevrilişini məhz bizim təşkil etdiyimiz barədə təsdiqəyici ifadələr versin. Lakin Hacı Tale həm fiziki, həm də mənəvi cəhətdən bunların gözlədiyindən daha möhkəm çıxdı. Məhkəmə prosesində isə hökumətin bu planını ifşa etdi. Hər şeydən əli üzülən hökumət Əli Kərimliyə qarşı indi ümidini Gülən avantürasınə bağlayıb.

Hakimiyyətin əsas şər-böhtan ruporu olan Eynulla əgər əvvəllər Əli bəyi şiə dövləti “qurmaqda” ittiham edirdisə, indi onu Gülənçi və Azərbaycanda Gülən şəbəkəsinin əsas əlaqələndiricisi kimi tıqdim etməyə başlayıbdır. Sankı Gülən şəbəkəsini Azərbaycana gətirən bu hakimiyyət deyil Əli Kərimli olub, sanki Gülən məktəblərinin açılmasına rəsmi icazəni hökumət qurumları deyil, Əli Kərimli verib. Sanki Gülən hərəkatını himayə edən prezident aparatı deyil, AXCP olub. Sanki Gülənçilərin yardımı ilə Amerika konqresmenlərini 2013-cü ildə Azərbaycana gətirən SOCAR deyil Əli Kərimli olub. Sanki “Xəzər” televiziyasının timsalında Gülənçilərə efir məkanını hökumət deyil, Əli Kərimli vermişdi. Prezident seçkiləri zamanı Gülənçilərin əsas təbliğat ruporu olan “Xəzər” televiziyasının bizə qarşı AzTv-dən də aqressiv mübarizə aprırdı. Çünki onun təlimatını prezident aparatında Azərbaycandakı Gülən şəbəkəsini əlaqləndirən rəsmi şəxslər verirdilər. Dünənə qədər Gülən şəbəkəsindən həm xarici lobbiçilik fəaliyyəti üçün dəstək alan, həm daxili siyasətdə ondan bir vasitə kimi istifadə edənlər indi Əli Kərimlini hədəf kimi göstərir, Eynullanın cızma qarasını həm Rusiyada nəzarətlərində olan “İnterfaks”, həm Türkiyədə müxtəlif bulanıq qurumlar vasitəsi ilə tirajlayırlar.

Rusiyanı başa düşdük. Bəs Türkiyədə bilmirlər ki, Azərbaycan hökumət rəsmiləri qiyam baş verəndən sonra 15 saat səs-səmirsiz nəticələri gözlədikləri halda hadislərin ən dramatik məqamında məhz Əli Kərimli hərbi çevrilişə qarşı birmənalı mövqe qoydu ortaya, xalq tərəfindən seçilmiş rəsmi Türkiyə hakimiyyətinin yanında olduğunu açıq formada bildirdi, bu mövqeyə görə quyruqları hökumətin əlində olan müxtəlif trol qruplarına qarşı öz mövqeyinin doğru olduğunu müdafiə etdi. Əli Kərimli Türkiyədə 15 iyul dövlət çevrilişinə qarşı son dərəcə həssas bir məqamda ən tez sağlam mövqe sərgiləmiş birinci siyasətçi idi. Gülən şəbəkəsi açıq və gizli iş birliyində olanlar nə qədər cəfəng olsa da indi Əli Kərimlini hədəf kimi önə verirlər. “Nardaran işi” ifşa olunduqdan sonra Əli bəyə qarşı yeni cinayət toru toxunur, ona qarşı yeni saxta ittiham quraşdırlır. Elnur Seyidovun ölümlə təhdidi məhz bunun anonsu idi. Bu gün elan olundu ki, Azərbaycanda Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham edilən Fətullah Gülən tərəfdarlarına qarşı cinayət işi açılıb. Şübhəsiz ki, hökumət həmin tərəfdarları öz içində axtarmaq əvəzinə Konstitusiya dəyişikliyindən ictimai diqqəti yayındırmaq üçün bunu demokratik düşərgəyə qarşı yönəltməyə cəhd edəcəkdir.

Əks təqdirdə gerçək Gülənçi axtarsalar onda gərək prezident aparatında, SOCAR-da, ayrı-ayrı nazirliklərdə, hətta Məclisdə belə bir sıra adamları sorğulamaya cəlb etsinlər. Çünki bizim ölkədə hökumətin nəzarətindən kənar nə Gülənçi olub, nə Nurçu olub, nə Vəhabi, nə də Sələfi var.Görünən odur ki, hökumət rahat, başağrısız Referendum istəyir, onun əleyhinə dura biləcək demokratik, dünyəvi siyasi qüvvənin lideri kimi Əli Kərimlini dinçi Gülən şəbəkəsi ilə təhdid etmək planı da məhz, bu zərurətdən qaynaqlanır.

24saat.org

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçiriləcək

%d bloqqer bunu bəyənir: