Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Milli Şura referendumla bağlı daha 2 mitinq keçirəcək

Senytabrın 11-i keçirilən mitinqdən əlavə Milli Şura referendumla bağlı təşviqatın bitməsinə qədər daha 2 mitinq keçirəcək, AXCP sədr müavini Gözəl Bayramlı BBC Azərbaycancaya müsahibəsində deyib.

“Bu mitinqlərin tarixləri əslində dəqiqləşdirilib. Ola bilsin onlar haqqında mitinqdə [sentyabrın 11-i keçirilən mitinq] ətraflı məlumat verilsin. Bəlkə də o mitinqdən sonra açıqlama verəcəyik”, partiya rəsmisi bununla bağlı rəsmi olaraq artıq Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət olunduğunu və cavab gözlədiklərini deyir.

Referendumla bağlı Milli Şuranın sentyabrın 11-nə, Məhsul stadionuna təyin etdiyi mitinqin keçirilməsi ilə bağlı bu gün rəsmi icazə verilib.

Xanım Bayramlı deyir ki, mitinqdə əsas şüar “Monarxiyaya yox”, “Talana son” və “Siyasi məhbuslara azadlıq”, o cümlədən sosial vəziyyətlə bağlı digər sosial tələblərdən ibarət şüarlar da yer alacaq.

Gözəl Bayramlı bildirir ki, “mitinqin hazırlıq səviyyəsi, insanlarla ünsiyyətə” əsasən mitinqə “15-20 min insanın qatılacağını” ehtimal edir.

“Bildiyiniz kimi mitinq Milli Şura təşkil edir və biz mitinqə tərəfdarlarımızı dəvət etmişik. Ölkədə olan bəzi siyasi partiyaların da tərəfdarlarını həmin mitinqə gəlməsinə heç bir məhdudiyyət olmaması barədə qərar qəbul etmişik. Bu, ümumxalq mitinqidir”, partiya nümayəndəsi “mitinq hər kəsə açıqdır” deyir.

Onun sözlərinə görə mitinqdə, Milli Şuranın rəhbərliyinə daxil olan şəxslərin, AXCP-nin gənc rəhbərlərindən nümayəndələrinin çıxışı gözlənilir.

“Bu əvvəlkilərindən daha güclü mitinq olacaq”, xanım Bayramlı deyir.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Milli Şura mitinq hazırlıqlarını davam etdirir

%d bloqqer bunu bəyənir: