Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Milli Şura-Müsavat qovğasında kimlər nələr yazdı? – “Facebook”dan REPORTAJ

Milli Şuranın sentyabrın 24-nə elan etmədiyi mitinq Müsavat Partiyası ilə yeni qovğaya səbəb olub. Müsavat bu qərarı MŞ-nın onlarla birgə mitinq keçirməkdən imtina kimi qiymətləndirib. MŞ addımını belə izah edib ki, meriyaya 3 mitinqlə bağlı müraciət olunmuşdu, amma 24-nə siyasi qərar yox idi. Və icazəli mitinqdən sonra həbslərin olması MŞ-nı kütləvi aksiyaları müvəqqəti ertələməyə səbəb olub.

Müsavat başqanı Arif Hacılının tərəfdarlarına MŞ-nın mitinqində iştiraka çağırışından sonra qurumun 24-nə mitinq təyin etmədiyini açıqlaması intriqanı qızışdırıb.

Siyasi təşkilatların referendum əleyhinə təbliğatı və mübarizəsi qalıb kənarda, bir-birini ittiham edirlər.

24saat.org hər iki təşkilat üzvlərinin Feysbuk sosial şəbəkəsində gedən mübahisələrindən və replikalarından sitatlar hazırlayıb.

Milli Şura üzvü Gültəkin Hacıbəyli: “MŞ-nın heç bir üzvü 24 sentyabrla bağlı status yazmayıb, çağırış etməyib. Milli Şuranın 24 sentyabrda mitinq edəcəyini Müsavatın 18 sentyabr mitinqində Müsavat başqanı Arif Hacılı elan edib.

gultekin

Gültəkin Hacıbəyli – MİLLİ ŞURA ÜZVÜ

Biz bir gün öncə eyni meydanda dəfələrlə böyük kütlə qarşısında “öz mitinqimizi” elan etmədiyimiz halda dostlarımızın bizim yerimizə bunu etməsinin səbəbləri mənim üçün qaranlıqdır. Odur ki, 24 sentyabr mitinqi ilə bağlı bütün sual və iradlar onu elan edənlərə ünvanlanmalıdır”.

Müsavatın başqa müavini Yadigar Sadıqov: “Mitinqin təxirə salınmasına müəyyən səbəblərdən münasibət bildirmək istəmirdim. Amma Gültəkin xanımın son statusunda günahı Arif Hacılının üstünə atması məcbur edir bir cümlə ilə cavab verim: mitinq günləri qəbiristanlıqda yer deyil ki, öncədən hasara alıb tutasan”.

yadigar-sadiqov

Yadigar sadıqov – MÜSAVAT BAŞQANININ MÜAVİNİ

REAL-ın icraçı katibi Natiq Cəfərli: “Mitinq məqsəd deyil, vasitədir – bunu anlamasaq, kütləvi aksiyaların heç bir effekti olmayacaq. Mitinqdə say deyil, mövzu önəmlidir – bunu cəmiyyətdə hakim qılmasaq, 20 ildir hökumətin qurduğu “say” oyununa gələcəyik.

natiq-caferli

REAL-ın icraçı katibi Natiq Cəfərli

Mitinq etiraz vasitəsidir, partiya və siyasi qurumların “güc ölçüsü” deyil – bu fikri biz anlamasaq, cəmiyyətin də siyasilərə inamı zəif olacaq”.

İqtisadçı ekspert Qadir İbrahimli: “Bir ömrü standart intriqlarla necə yaşamaq olar axı? Heç olmasa fərqli intriqalar düşünün də”.

qadir

İqtisadçı ekspert Qadir İbrahimli

AXCP-nin Gənclər Komitəsinin keçmiş rəhbəri Əbülfəz Qurbanlı: “Belə görünür ki, Milli Şura sentyabrın 24-də mitinq keçirməyəcək. Bunu “geri çəkilmək” kimi qiymətləndirmək mümkündür. O halda ki, ya emosiyalarla danışacağıq, ya da mitinqin vaxtının bir-iki həftə ertələnməsindən kəmfürsətlik edəcəyik.

ebulfez_qurbanli

Əbülfəz Qurbanlı

Müxalifət, Milli Şura yeni mərhələ kimi dəyərləndirdiyi dönəmi kütləvi tədbirlərin sıx, ardıcıl dövr olacağının anonsun verib. Bu dönəmdə hər hansı mitinqin bir-iki həftə ertələnməsi gedişatın şərtlərə görə planlamasıdır. Bu səhvdirmi? Xeyr. Bütün hallarda ən əsas məqsəd mitinqlərin artan xətlə davam etməsidir. Buna görə də oktyabra hazırlaşın”.

İsveçrədə mühacir həyatı yaşayan yazar Elbəyi Həsənli: “Bu gün bir daha əmin oldum ki, məhz Əli Kərimli başda olmaqla Milli Şura və AXCP müxalifətin bir araya gəlməsinə imkan vermədi. Bu arada isə Tofiq Yaqublu hələ də inadla susur. Soruşmaq ayıb olmasın, sən nə vaxt danışacaqsan? Niyə sən xalqa üz tutub demirsən ki, bu, bu, bu insanlar müxalifətin bir araya gəlməsinə imkan vermədi”.

elbeyi

Elbəyi Həsənli

Müsavat başqanının müavini Elman Fəttah: “Mediada fikirlərimizin təhrif edilməməsi, eyni zamanda da məlumat üçün deyim ki, bir neçə gün öncə mediaya açıqlama verib və sosial şəbəkədə də rəsmi müraciətlərinin fotosunu yayıblar. Bizdə ona görə insanları həmin mitinqə çağırmışıq. Niyə narazıdırlar, anlamıram”.

elman

Elman Fəttah

AXCP üzvü Xalid Qarayev: “Milli Şura 17-nə mitinq təyin edir, sizə zərbədir, 24-nə mitinq keçirməyəcəyini elan edir, sizə zərbədir. Heç dəyişmədiz”.

xalid

Xalid Qarayev

Siyasi şərhçi, yazar Azər Rəşidoğlu: “Yenə başladılar. Mən təəccüblənmirəm”.

azer-reshidoglu

Azər Rəşidoğlu

Jurnalist Əvəz Zeynallı: “Başqa bir gerçək isə AXCP və Əli Kərimlinin önə çıxmasıdır. Bu mitinqləri balaca səsvermə də qəbul etmək olar. Xalq Əli Kərimlinin apardığı mübarizənin arxasındadır. Qalır davamını gətirmək”.

evez

Əvəz Zeynallı

Araşdırmaçı-jurnalist Xədicə İsmayıl: “Bilmirəm, məni daha çox dilxor edən nədir? Burdakı müxalifətin mitinqlə bağll oyunu, yoxsa xaricdə oturub “niyə mitinq eləmirsiz” deyənlər. Barı onlar sussunlar.”

xeds

Xədicə İsmayıl

 

REAL üzvü, “Azad İqtisadiyyata Yardım Mərkəzi”nin sədri, iqtisadçı ekspert Zöhrab İsmayıl  Zöhrab İsmayıl: “10-cu dərəcəli meydançada mitinq-mitinq oyununun axırda belə sonlanmasında təəccüblü bir şey yoxdur. Ən azı 16 ildir davam edir, bu qucaqlaşıb-boğuşmalar… Amma təəssüf ki, ağıllı-ağıllı adamlar da fırlanıb bu oyunlara düşür…”

zohrab

İqtisadçı ekspert Zöhrab İsmayıl

AXCP sədi Əli Kərimli isə facebook profilində məlum olaykla bağlı geniş açıqlama verib. Həmin açıqlamanı ixtisarla təqdim edirik:

eli_kerimli

AXCP sədi Əli Kərimli

 

 

 

Dostlar, sizcə Milli Şuranın 24 sentyabrda mitinq keçirmək qərarı olsaydı, həmin qərarı 17 sentyabrda mitinq zamanı minlərlə insanın qarşısında elan etməzdi? Məntiq haradadır, bizim mitinq qərarımız var idisə, niyə o boyda auditoriyada biz bunu elan etməmişik? Bəs özümüz niyə yazmamışıq? İndi saydım səhifəmdə 11 sentyabr mitinqi ilə bağlı 19, 17 sentyabr mitinqi ilə bağlı 13 dəfə çağırış etmişəm. Bəs mən sizləri nə vaxtsa 24 sentyabrda mitinqə çağırmışam? Xeyr, olmayıb belə bir şey. Bəs Milli Şuranın sədri hörmətli Cəmil müəllim və ya Milli Şura rəhbərliyindən kimlərsə xalqı 24 sentyabrda mitinqə çağırıbmı? Xeyr, olmayıb belə bir şey. Bir başqasından da xahiş etməmişik ki, bizim əvəzimizdən 24 sentyabra mitinq elanı versin. Bəli, mətbuatda informasiya gedib ki, sentyabrın 11-i və 17-də mitinq keçirməklə bağlı MŞ təmsilçiləri icra hakimiyyətinə məktub göndərib. İndi sizə deyim ki, Milli Şuranın hətta 4 sentyabrda da mitinqlə bağlı icra hakimiyyətinə məktubu olub. Niyə bu məktublar mitinq barədə siyasi qərarın verilməsindən daha öncə göndərilib icra hakimiyyətinə? Çünki əvvəlki illərdə icra hakimiyyəti bizə bir neçə dəfə vaxtla bağlı problem yaradıb. Biz mitinq haqqında siyasi qərar verirdik, mətbuat mitinqin vaxtını elan edirdi, sonra da məktub hazırlayıb, aparırdıq icra hakimiyyətinə. İcra hakimiyyətinə həmin mitinqi ləğv etmək çox lazım idisə, hansısa iqtidaryönümlü partiyanın da guya həmin gün mitinq təyin etdiyini bəhanə edib, mitinqə razılıq vermirdi. Belə hallar olmasın deyə, biz sentyabr ayı ərzində mitinq üçün bütün uyğun günlərə – sentyabrın 4-ü, 11-i, 17-si və 24-ü üçün mitinqlərin hansı günlər həqiqətən də keçirilməsi haqda siyasi qərarlar olmadan icra hakimiyyətinə əvvəlcədən, hər ehtimla qarşı, müraciətlər göndərmişdik. İndi mən təəccüblənirəm ki, nə yaxşı bizdən 4 sentyabrda niyə mitinq keçirmədiyimizin izahatını istəyən yoxdur?

Beləliklə, Milli Şura 24 sentyabrda mitinq təyin edib, sonra da ləğv etməyib. Heç kim arzusunu gerçəklik kimi təqdim etməsin. Biz təzyiqlərə görə mitinq ləğv edən olsaydıq, 17 sentyabr mitinqini ləğv edərdik. 17 sentyabr mitinqi ərəfəsi 86 nəfər cəbhəçi həbsdə idi. İndi yalnız 18 nəfər inzibati qaydada həbs olunub, onun da 4 nəfəri AXCP üzvü olmayan müstəqil vətəndaşlardır. Demək istəyirəm ki, hazırda bizim tutuqlu olan dostlarımızın sayı 17 sentyabr mitinqi ərəfəsi olduğundan dəfələrlə azdır. Bəs niyə daha şiddətli repressiya şəraitində biz mitinqimizi ləğv etmədik, ancaq nisbətən daha az basqı altında olduğumuz zaman mitinqi ləğv etdik? Məntiq yoxdur axı. Məncə, qərəzsiz adamlar üçün artıq aydındır ki, bizim 24 sentyabrda mitinq keçirməklə bağlı siyasi qərarımız olmayıb.

Biriləri yalan məlumatlar yayıb, Milli Şuranı, AXCP-ni gözdən salmağa cəhdlər edirlər. Onların bu arzusu o qədər güclüdür ki, hətta hökumətin hazırda AXCP və Milli Şuraya qarşı həyata keçirdiyi ağır repressiyalar da adamları AXCP və Milli Şuraya qarşı ikinci cəbhə açmaq arzusundan daşındıra bilmir.

 

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Vurğun Əyyub: “Cəmiyyət onu qələbəyə çatdıracaq müxalif qüvvənin olduğuna inanmır”

%d bloqqer bunu bəyənir: