Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Milli Şura mitinqlərə başlayır – Referendum

“Konstitusiya Məhkəməsi də bizi təəccübləndirmədi. Konstitusiyanın mətninə və ruhuna zidd konstitusiya dəyişikliyinə müsbət rəy verdi”

 

24saat.org-un xəbərinə görə, bunu AXCP lideri Əli Kərimli bildirib. Partiya rəhbəri qeyd edib ki, Konstitusiya Məhkəməsinə müraciət etmişdi: “Ki, maraqlı tərəf kimi bizim də müzakirələrdə iştirakımıza şərait yaradılsın. Qanunvericilik bizə bu hüququ verir. Konstitusiya Məhkəməsi də hüququmuzu pozdu, biz müzakirələrdə iştirak edə bilmədik. Növbəti dəfə sübut olundu ki, bu ölkədə heç bir müstəqil məhkəmə hakimiyyəti yoxdur. Konstitusiya Məhkəməsi də siyasi sifariş yerinə yetirdi, anti-konstitusiya dəyişikliklərinə yaşıl işıq yandırdı”. Onun sözərinə görə, Konstitusiyanı müdafiə etmək üçün hüquqi yollar tükəndi: “Artıq bu ölkədə hüququ, respublika prinsiplərini bərpa etməyin tək bir yolu qaldı: hüquqlarımız uğrunda yeni və kütləvi Xalq Hərəkatı! AXCP və Milli Şura olaraq kütləvi, dinc mitinqlərin təşkilinin müzakirəsinə başlayırıq”.

24saat.org
Loading...

Kərəm Həsənovun zavodunda üsyan: dayısı və qardaşı işçilərə pul vermir – Özəl

Sonrakı Yazı »

Şəkidə içməli su əvəzinə krantdan axan nədir?

%d bloqqer bunu bəyənir: