Advertisements
24 saat

Milli Şura mitinqin vaxtını açıqlayır


 

Milli Şura referendum əleyhinə mitinqlərə başlayır. 24saat.org xəbər verir ki, bu barədə AXCP lideri Əli Kərimli status paylaşıb.

Partiya sədri xalqa xitab edib: “Dostlar, “Monarxiyaya yox! Talana son!” tələbilə mitinqlərə varmısınız? Əslində mitinq tələbi sizdən gəlmişdi. Biz də mitinq üçün sosial sifarişi nəzərə alaraq Milli Şura adından bəyan etdik ki, mitinqlər keçirəcəyik.

 

Məhz mitinq keçirəcəyimizi bəyan etdikdən sonra AXCP-yə qarşı repressiyalar daha da artdı. Lakin partiya fəallarımızın şərlənərək həbs edilməsinə baxmayaraq, biz mitinq qərarımızdan vaz keçməmişik.

 

Mitinqlərə hazırlığımız davam edir. İlk mitinqin vaxtı tezliklə elan olunacaq. Bəs siz, əziz həmvətənlər, mitinq tələbinizdən vaz keçməmisiniz ki?”

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: