Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Milli Şura mitinq hazırlıqlarını davam etdirir

“Milli Şuranın senytabrın 11-ə təyin etdiyi mitinqlə bağlı hazırlıq işləri yüksək səviyyədədir”.

Bunu “Azadlıq”a açıqlamasında Milli Şuranın üzvü, AXCP sədrinin müavini Gözəl bayramlı bildirib: “Bu günə kimi həm paytaxtda, həm də regionlarda partiya fəalları və tərəfdaşlarımızla çoxsaylı müitinq müşavirələrimiz, görüşlərimiz olub. Bundan başqa sosial şəbəkələr üzərindən də tərəfdarlarımıza, narazı insanlara müraciətlərimiz olur və onlardan müsbət reaksiyalar alırıq. “Monarxiyaya yox! Talana son!” tələbi ilə keçiriləcək mitinqə qısa müddətdə Facebook üzərindən yüz mindən artıq istifadəçiyə dəvət göndərmişik. Hesab edirəm ki, bu mitinq əvvəlkilərdən daha izdihamlı, daha çoşqulu olacaq. Bunun üçün çox ciddi əsaslar var”,-deyə Gözəl Bayramlı bildirib.

“Azadlıq” olaraq da apardığımız müşahidlər 11 sentyabr mitinqinə böyük ictimai diqqətin olduğunu göstərir. Bu aktivlik facebook sosial şəbəkəsində daha qabarıq hiss olunur. “Azadlıq” radiosu, “Meydan TV” və “Hamam Times” kimi yüz minlərlə istifadəçinin üzv olduğu səhifələrdə mitinqlə bağlı paylaşımlar rəgbətlə qarşılanıb.

azadliq.info

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Müxalifətin geniş spektrindən Milli Şuranın mitinqinə dəstək

%d bloqqer bunu bəyənir: