Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Milli Şura minlərlə insanı “Məhsula” topladı!

Mitinqin qətnaməsini oxunması üçün söz AXCP GK üzvü Ruslan Nəsirliyə verildi. Daha sonra mitinq başa çatdı.

“Bu mitinq xalq hərəkatının başlanğıcıdır”

AXCP sədri Əli Kərimli  çıxışına siyasi məhbuslara salam söyləməklə başladı:

– Bu gün Avropada çox mühüm görüşlərdə olduğuna görə mitinqdə iştirak edə bilməyən Milli Şuranın sədri, Azərbaycanın ləyaqətli ziyalısı, professor Cəmil Həsənlinin salamlarını çatdırıram. Əziz həmvətənlər bizim bugünki mitinqimiz “Monarxiyaya yox”, “talana son” şüarı ilə keçirilir. Amma bizim son illərdə keçirdiyimiz bütün mitinqlərin bir əsas maddəsi təəssüf ki, dəyişməz olaraq qalır. Bir neçə il qabaq olduğu kimi bu gün də zindanlarda 100-dən artıq siyasi məhbus var. O cümlədən bu meydanda təşkil olunmuş əvvəlki mitinqlərin təşkilatçısı olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hazırda həbsdədir. Mən onu salamlayıram. Sədrin müavini Seymur Həzini, Rəyasət Heyətinin üzvü Asif Yusiflini, Məmməd İbrahimi, Xalq Cəbhəsinin fədəkar, bu gün siyasi məhbus olan üzvlərimizi salamlayıram. Gəncliyin avanqard qüvvələrindən biri olan, bu gün də siyasi məhbu həyatı yaşayan İlkin Rüstəmzadə başda olmaqla NİDA-çı məhbusları salamlayıram. REAL Hərəkatının sədri, bü gün də siyasi məhbus olan, AVropa Məhkəməsinin qərarlaına rəğmən bu gün də həbsdə saxlanılan İlqar Məmmədovu salamlayıram. Müsavat Partiyasının başqan yardımçısı Fərəc Kərimovu salamlayıram. Bu gün siyasi məhbusların az qala yarısı dindar qardaşlarımızdır. Hacı Mövsüm Səmədovu, Abgül Süleymanovu, digər dindar qardaşlarımı salamlayıram. Hökumətin şərləyərək, həbs edib, divan tutduğu, anti-insani işgəncələrə məruz qoyduğu, amma dik duruşunu, ləyaqətini qoruyub saxlamış Tale Bağırzadə başda olmaqla bütün dindar qardaşlarımızı salamlayıram.

11-sentyabr-2016-eli-kerimli

“Hamımızın dərdi azadlıqdır”

Əziz dostlar, bu mitinqin əsas təşkilatçısı Milli Şuradır. Xalq Cəbhəsinin minlərlə üzvü gecə-gündüz bu mitinq üçün çalışıblar. Hətta ucqar rayonlardan gəliblər. Onların fədəkarlığı böyükdür. Onların hamısını salamlayıram. Amma bu gün çox böyük məmnunluqla deyirəm ki, bu gün bizim gördüyümüz, iştirakçısı olduğumuz bu mitinq xalq hərəkatının başlanğıcıdır. Mən bu meydanda müsavatçıları, REAL-çıları, millətçi gəncləri, Gələcək Azərbaycan Partiyasını, Müsəlman Birliyi Hərəkatının üzvlərini, NİDA-çıları, D-18 Hərəkatını, ADP-çiləri, ən müxtəlif camiyanın təmsilçilərini görürəm. Biz çox rahat, mehriban, çiyin-çiyinə dayanıb, birlikdə azadlıq istəyə bilərik. Deməli bizim hamımızın problemi eynidir. Hamımızın dərdi azadlıqdır, demokrtaiyadır, daha yaxşı ölkədir. Qoy bunu bütün dünya, Azərbaycan hökuməti görsün. Bizi parçalamağa, aramıza idealoji diskusiyalar salmağa nə qədər çalışdılar. Amma biz bu gün meydanda nə görürük? Biz bu meydanda iberal gənclərlə, millətçi gəncləri çiyin-çiyinə görürük. Bu gün meydanda dindar qardaşlarımızla ateist qardaşlarımız çiyin-çiyinədir. Bu meydanda türk, tat, ləzgi, talış çiyin-çiyinədir. Çünki bizi birləşdirən fərdi amal var. Azərbaycan amalı. O üç rəngli bayrağımız var. Yaşasın Azərbaycan. Bu gün bir halda ki, bizi ayıran bütün səddləri aşmaq qərarına gəlmişik, bir halda ki, boynumuza illərdir qoyulan “dözümlü xalq” sözündən imtina etmişik, bir halda ki, qamətimiz dikəltmişik, bizim bu prosesi yarımçıq qoymağa haqqımız yoxdur.  Bu yolun davamı gəlməlidir. İndi mən Sizdən soruşuram və istəyirəm bu qərarı Siz verəsiniz. Bizim bu mitinqimiz tamammı, davammı? Növbəti mitinqi təyin edəkmi? (Ə.Kərimlinin son sözləri aksiya iştiraçılarının “davam” şüarı ilə dəstəkləndi – red). Növbəti mitinqimiz müəyyən səbəblərdən altıncı günə düşəcək. On yeddi sentyabr saat 3-də təyin edəcəyimiz mitinqinin iştirakçısı olmağa hər biriniz “Hə deyirsinizmi?”. (Aksiya iştirakçıları bu suala “bəli” deyə şüar səsləndirdilər – red).

Əziz həmvətənlər, bu möhtəşəm mitinqdən sonra xalq malını yeyənlərin yuxusu qaçacaq, qorxuya düşəcəklər. Növbəti mitinqlərə əngəl olmaq üçün müxtəlif təxribatlar düşünəcəklər. Ona görə mən sizdən indidən söz almaq istəyirəm ki, növbəti mitinqin təşkilində hər birimiz təşkilatçı olacağıq. Olacağıqmı?   (Aksiya iştirakçıları bu suala “bəli” deyə şüar səsləndirdilər – red).

“Biz bütün Azadlıqlara azadlıq istəyirik”

Biz deyəndə ki, azadlıq istəyirik, dar düşüncəli insanlar bizə deyirlər ki, azərbaycan müstəqildir. Artıq 25 ildir ki, Azərbaycan dövlət müstəqilliyi əldə edib. Siz nəyə görə, yenə də azadlıq istəyirsiniz? Mən bu adamlara demək istəyirəm ki, əlbəttə 25 il bundan qabaq bu hazır yeyənlərin yox, məhz bu xalqın səyləri ilə, əməyi ilə, Azərbaycan müstəqillik əldə edib. Və biz bundan şərəf duyuruq, məmnunuq. mən o yolun yolçularını, böyük Əbülfəz Elçibəy başda olmaqla, hörmətlə anıram. Amma bu anlamayan adamlara izah etmək istəyirəm ki, azadlıq yalnız bizim dövlət müstəqilliyim deyildi siz niyə anlamırsınızki, bu ölkənin hələ də 20 faizi düşmən tapdağı altındadır. Axı bu, sizi göynətmir. Sizin heç zaman Qarabağ dərdiniz olmayıb. Qarabağ dərdi də bu millətindir axı. Biz Qarabağ üçün azadlıq istəyirik. Adamlar başa düşmürlər ki, biz müstəqil dövlətin vətəndaşları olaraq həm də hökümətimizi, parlamentimizi özümüz seçək. Biz istəyirik ki, hökuməti də, parlamenti də tənqid edəndə, bu millət repressiyaya məruz qalmasın. Biz istəyirik ki, bu ölkədə sərbəst toplaşmaq azadlığı olsun.Biizi yalnız bu stadiona yığmasınlar. Biz Azadlıq Meydanında da, Bakının hər yerində olaq. Bugünlərdə Azərbaycanın hələki müstəqil qəzeti qalmış “Azadlıq”ı, “Azərbaycan saatı”nı, “Azadlıq radiosu”nu da qapadıblar. Biz bütün Azadlıqlara azadlıq istəyirik.

11-sentyabr-2016-milli-shura-mitinq

“Parlament, hökumət haramxorlar tərəfindən işğal altındadır”

Əziz həmvətənlər, bu gün dövlətimiz müstəqildisə də, amma dövlət idarələrimizin hamısı işğal altındadır. Parlamenti, hökuməti, nazirlikləri rüşvətxorlar, korrupsionerlər, haramxorlar tərəfindən işğal altındadır. Biz dövlət idarələrimizə azadlıq istəyirik.

Əziz həmvətənlər, biz bu gün bu meydana gəlmişik ki, “monarxiyaya yox”, “talana son” deyək. Amma bu bizim yığcam şüarımızdır. Bizim başqa “yoxlarımız” da var. Biz onları hər gün səsləndiririk. Amma ayrı-ayrılıqda səsləndirdikcə bizi duymurlar. Ona görə mən Sizə müraciət edirəm. Biz bu gün burada bu qədər böyük xalq ilə hamımız birlikdə elə “yox”lar deyəcəyik ki, Prezident Administrasiyasında da bizi eşidəcəklər.

Biz son 10 ildə sadəcə neft satışından 135 miilyard  dollar əldə olunmuş pulun böyük hissəsinin oğurlanaraq, ofşor zonalara aparılmasına, bu ölkənin büdcəsinin talan edilməsinə, bu ölkənin rezervlərinin tükədilməsinə, manatın çökdürülməsinə, millətin səfalətə düçar edilməsinə hamımız birlikdə “yox” deyirik.  Baxın bir tərəfəd sadəcə çörəyə möhtac edilmiş, xəstəsini müalicə elətdirə, övladını dərsə göndərə, ğvladının təhsil haqqını ödəyə bilməyən, evdəki təqaüdçilərin pensiyasına göz dikib, bankomatların qarşısında növbə çəkən, kredit faizləri altında zülm yaşayan, səfalətə düçar etdikləri xalq var. O biri tərəfdə isə dünyanın gözünü qamaşdıran, milyardları xarici banklara yatızdıran, öz dəbdəbələri, vilaları ilə Avropada həyata keçirdikləri park tikintiləri, muzeylərin, qəsirlərin təmiri ilə Avropanı pul altında basdıran bir qrup harın var. Biz bu təbəqələşməyə, bu soyğunçuluğa hamımız birlikdə “yox” deyirik. (Ə.Kərimlinin bu sözlərindən sonra meydan “yox”, “istefa” şüarlarına büründü- red).

“Təhsil təhsilsizliyə xidmət edir”

Biz dövlət orqanlarımızın bu xalqa xidmət etməsini istəyirik. Biz bu günləri səhiyyə sitemindən xalq olaraq qorxmağa başlamışıq. Xəstəxanaya xəstəsini aparan qorxu içindədir ki, öd kisəsi əvəzinə mədəsini, sağ ayağı əvəzinə, sol ayağını kəsməyəcəklər ki? Biz insanlarımızın keşiyində durmaq əvəzinə, qatilə çevrilmiş, yarıtmaz səhiyyə sisteminə “yox” deyirik. Bu gün ölknəin təhsil sistemi uşaq baxçasından başlayıb universitetə qədər rüşvətə bulaşıb. Təhsil təhsilsizliyə xidmət edir. Biz övladlarımızı, gənc balalarımızı sabah üçün təhsilsiz qoyan təhsil sisteminə biz hamımız birlikdə “yox” deyirik.

Dünyanın hər yerində polis, prokurorluq qanunçuluğun keşiyində durur. Bizdə də belə olacaq inşallah. Amma bu gün üçün polisi də, prokurorluğu da repressiya aparatına çeviriblər. Biz repressiya aparatına çevrilmiş polisə, polis aparatına, polis işgəncələrinə “yox” deyirik. Dünyanın hər yerində insaanlar ədaləti məhkəmələrdə axtarır. İnsanlar bu dünyadakı ədaləti məhkəmələrdən gözləyirlər. Bizdə də belə olacaq. Amma hələlik Azərbaycan məhkəmələrində kimin adamı, kimin pulu varsa o qalibdir. Biz bazara çevrilmiş məhkəmə sisteminə “yox” deyirik.

Əziz həmvətənlər, torpaq bizim üçün müqəddəsdir. Əsgərimizin ən müqqədəs vəzifəsi torpağımızı qorumaq, gərəkirsə canından keçməkdir. Torpaq yalnız üzərində ölən varsa vətəndir. Biz buna inanırıq. Amma biz Azərbaycanda əsgərlərə, qazilərə, şəhid ailələrinə, Qarabağ veteranlarına olan biganəliyə, ədalətsizliyə, insafsızlığa “yox” deyirik.

Azərbaycan oğulları, valideynlərinin min bir əziyyətlə böyütdüyü, bizim gənc balalarımız yalnız torpaq uğrunda şəhid ola bilərlər. Amma biz tez-tez qanunsuzluğun, cinayətkarlığın, özbaşnalığın qurbanı olan əsgərlərimizi görürük. Biz ona görə millət olaraq əsgər ölümünə “yox” deyirik.

“Konstitusiya bir nəfər – İlham Əliyev üçün dəyişdirilir”

Ə.Kərimli sentyabrın 26-da keçiriləcək referendumla da bağlı fikirlərini bölüşdü:

– Əziz həmvətənlər, biz hələ meydanlarda görüşəcəyik. Bizim əsas məqsədlərimizdən biri bu referendumu boykot eləməkdir. Bu referendum nəyə görə lazım olub? Bu artıq üçüncü dəfədir ki, Azərbaycanın əsas qanunu bir nəfər – İlham Əliyev üçün dəyişdirilir. (bu sözlər meydanda “istefa” şüarlarının səslənməsinə səbəb oldu -red).

“Konstitusiyanı sülalə hakimiyyəti yaratmaq üçün dəyişmək istəyirlər”

2009-cu ildə Konstitusiyanı dəyişdilər onun növbəti dəfə, müddətsiz seçilməsinə maneçilik olmasın. Sanki mənasız kağız parçasıymış. İndi də Konstitusiyanı bir məqsədlə dəyişmək istəyirlər. Millətin başının üstündən Konstitusiyanı sülalə hakimiyyətini möhkəmləndirmək üçün dəyişmək istəyirlər. İlham Əliyevin səlahiyyətlərini artıqmaq üçün dəyişmək istəyirlər. Ona görə də biz hamımız buradan bugünki mitinqin yekun fikri olaraq vurğulayırıq ki, biz Azərbaycanda monarxiya yaradılmasına, sülalə hakimiyyətinin davamlı olmasına “yox” deyirik.

Əziz həmvətənlər, bəs biz qarşımıza qoyduğumuz bu böyük məqsədlərə yetişə biləcəyikmi? Mən Sizə inanıram. Burada bizim hicablı bacılarımız hicab azadlığı istəyirlər. Azərbaycan azad olacaq. Azərbaycan azad olunanda kimin haqqı pozulubsa, haqqı bərpa olacaq. Sizin də o zaman hicab haqqınız olacaq.

Biz bütün bunların hamısını Allahın köməkliyi, millətin gücü ilə bacaracağıq. Qarşıda bizi gözəl bayram gözləyir. Mən Sizin hamınızın, millətimizin Qurban Bayramını təbrik edirəm. Allah qurbanlarınızı qəbul eləsin, Allah millətimizi qorusun. Allah namərdlərin ürəyinə insaf salsın. Bu millətin suyunun yolunu açsınlar. Bu milləti qarşıdurmaya aparmasınlar. Bu millətə o dözümü, o bacarığı, o iradəni versin ki, necə ki bu meydanda çiyin-çiyinəyik, mübarizik, o mübarizliyimizi qələbəyə qədər qoruyub saxlayaq, Allah millətimizə yar olsun.

NİDA Hərəkatının nümayəndəsi Ülvi Həsənli: “Hökumət xalqın təbii sərvətlərini taladı. İndi isə beynəlxalq təşkilatların qapısına düşüb borc axtarırlar. Ölkədə çox ciddi böhran yaşanır. Hətta oliqarxlar da bu böhrandan təsirlənib. Ölkədə təcili siyasi-iqtisadi dəyişikliklər edilməlidir. Bütün siyasi məhbuslar dərhal azad edilməlidir. Məhkəmələrin müstəqilliyi təmin olunmalı, azad mediaya. vətəndaş cəmiyyətinə basqılara son qoyulmalıdır. Əks halda durum çox ağır olacaq”.

“Diktatorların başına sığal çəkməyin”

screen-shot-2016-09-11-at-6-05-24-pm

AXCP-nin Xətai rayon təşkilatının həbsdə olan fəalı Fuad Əhmədlinin atası Zəfər Əhmədli çıxış edir. “Bu gün Fuad Əhmədli, Fuad Qəhrəmanlı, Faiq Əmirli bu meydandadır. Övladlarımız zülmə əyilmir. Bunlar anlamır ki, gəncləri həbsə salmaqla, onları yaxınlarıyla görüşünə mane olmaqla özlərinə qəbr qazan hazırlayırlar. Qərbə müraciət edirəm. Bizə kömək lazım deyil. Bizə köməyiniz o olar ki, diktatorların başına sığal çəkməyin”.

“Dözüm zəncirlərini qırıb atmamız lazımdır”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli çıxışına aksiya iştirakçılarını salamlamaqla başladı: “Dözümə son qoyulmalıdır. Dözüm zəncirlərini qırıb atmamız lazımdır. Bütün problemlərin hamısına son deməyi bacarmalıyıq . Bizim gözləntilərinimiz ünvanı sizsiz. Bizim Sizdən başqa müraciət ünvanımız yodur”.

G.Hacıyeva Azərbaycanla Gürcüstan arasında müqayisə aparıb. “Qonşu Gürcüstanın nə nefti, qazı, nə də zəngin təbiəti var. Böyük sərvəti var – xalq. Məhz xalqın qəhrəmanlığı ilə Avropanın parçasına çevrilib. Biz isə yeraltı-yerüstü sərvətlərimizlə korrupsiya içində itib-batırıq. Milli iradə qarşısında heç kim dura bilməz. Biz Məmməd Əmin Rəsulzadənin nəvələriyik. Xalq 1918-ci ildəki kimi öz güçümüzü göstərməliyik”, deyə G.Hacıbəyli vurğulayıb.

“Hər bir sahə problemlərlə savaşır”

Çıxış üçün söz Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevə verilib. E.Quliyev çıxışında referendumu boykot etməyə çağırıb. O, dəyişikliklərin yaxşı heç nə vəd etmədiyini bildirib.  “Hər bir sahə problemlərlə savaşır. Biz bu problemlərin həll edilməsini istəyirik. Bu problemləri daha da dərinləşdirəcək qanunverici mexanizmləri yaradılmamalıdır. Biz torpaqlarımızın azad edilməsini istəyirik. Ancaq hökumət 25 ildir yalan danışır. Parça-parça olmuş mənəviyyatımızı qorumaq istəyirik. Ancaq hökumət Hacı Tale Bagırov, Hacı Abgül kimi mənəviyyat adamlarını həbsxanaya atıb”.

Mitinq keçirilən ərazidə internet və mobil rabitə problemi var. Bütün telefonlarda rabitə dayanıb

Hazırda çıxış üçün söz AXCP sədrinin müavini Nurəddin Məmmədlidədir.

AXCP sədri Əli Kərimli hakimiyyətin mitinqə təxribat hazırladığı haqda məlumat verdi.

Hakimiyyətin təxribatlarla heç nəyə nail olmayacağını, bunun hakimiyyətin özünə qarşı işləyəcəyini bildirən Ə.Kərimli mitinq iştirakçılarına üz tutaraq “ Hər birinizi mitinqin mühafizəçisi elan edirəm” dedi. “Aranınızdakı təxribatçını dərhal zərərsizləşdirib polisə təhvil verin” dedi.
Bərdədən mitinqdə iştirak etmək üçün gələn AXCP üzvləri saat 3də saxlanılıb və onlara rayon ərazisindən çıxmağa imkan verilməyib.

Çıxış üçün söz ədliyyə generalı, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamala verildi: “Bu dəyişiklikləri qəbul etmək olmaz. Bu demokrtatik cəmiyyət üçün tamamilə yolverilməzdir. Mən bütün cəmiyyəti bu dəyişiklıiklərə, referenduma yox deməyə çağırıram”.

Etiraz aksiyasında “Çörək baha, ət baha, yemək tapmır xalq daha”, “Əmək haqqı 105 manat, təhsil haqqı 4000 min manat”, “Azərbaycan intiharlar ölkəsi”, “Biz kölə deyilik”, “Yox deyirəm”, “Lazım” Qarabağa nə vaxt gələcək?”, “Siyasi məhbuslara azadlıq”, “Dəstək olaq doğruya, lənət olsun oğruya”, “Yalançı da hökumət, Gülənçi də hökumət” şüarları qaldırılıb.

Onu da qeyd edək ki, Milli Şuranın sədri Cəmil Həsənli Strasburqda beynəlxalq tədbirlərdən birində iştirak üçün səfərdədir. Bu üzdən C.Həsənli aksiyada iştirak etmir.

***

“Ədalətsiz cəmiyyətdə ən gözəl miras ədalətli dövlət, şəffaf cəmiyyətdir”

Aksiya dövlət himninin səsləndirilməsiylə açıq elan edildi. Mitinqin aparıcısı AXCP RH üzvü İlham Hüseyndir:

“Salam olsun dövlətinin və xalqının taleyinə biganə qalmayam mərd insanlara. Salam olsun şərə boyun əyməyən haqqın səngəlində dayanan mərd insanlara. Bizim Şərqdən, Qərbdən gözləntimiz yoxdur. Bizim arxayın olub mübarizə aparacağımız yeganə qüvvə xalqdır. Bu ölkəyə demokratiyanı bu xalq gətirəcək. Heç bir rejim xalqın qarşısında duruş gətirə bilməz. Sizlərin, xalqın köməkliyi ilə bu avtarizm dağını dağıdacağıq. Bu meydanda xeyli atalar, analar görürəm. Biz həmişə övladımıza nəsə qoyub getmək istəmişik. Amma ədalətsiz cəmiyyətdə ən gözəl miras ədalətli dövlət, şəffaf cəmiyyət qurmaqdır. Dünya yaranandan xeyirlə şərin mübarizəsi gedib. Amma sonda həmişə xalq qalib gəlib. İnşallah biz də qalib gələcəyik. Əgər bir ölkənin hər yeri qızıla dönsə, amma o ölkədə qanun şah deyilsə o qızılın dəyəri olmaz. Əsas normal hökümətin olmağıdır. Böhranlı vəziyyətdə islahat aparmaq əvəzinə xalqın üstünə gəlirlər, onun aksiyada iştirakına mane olmağa çalışırlar. Amma bu cəmiyyətin işıqlı üzləri haqq yolundadır”.

***

Milli Şuranın “Monarxiyaya yox! Talana son!” şüarı ilə keçirilən mitinqinin başlamasına dəqiqələr qalır. Artıq mitinq meydanı olan “Məhsul” stadionunda xeyli insan toplaşıb. Meydanda tribuna hazırdır, başqa lazımi texniki tədbirlər də görülüb. İnsanların meydana axını davam edir. İştirakçılar meydana polis yoxlamasından keçərək daxil olurlar. Ətrafda və meydanın girişində polis təhlükəsizlik tədbirləri görür.

Bu gün Milli Şuranın Konstitusiya dəyişiklikləri haqda referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına qarşı etiraz mitinqi keçiriləcək. Mitinq Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda (“İnşaatçılar” metrostansiyasının yanı) olacaq. Aksiya saat 17.00-dan 19.00-a qədər elan olunub. Mitinqin əsas şüarı “Monarxiyaya yox! Talana son!”dur.

Mitinqin deyilən vaxtda və ünvanda keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin razılığı var və Bakı polisi aksiyanın təhlükəsizliyini təmin edəcək.

Mitinqlə bağlı yenilənmiş xəbərlər, çıxışçıların nitqi ən üstdə olacaq.

***

Bu gün Milli Şuranın Konstitusiya dəyişiklikləri haqda referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına qarşı etiraz mitinqi keçiriləcək. Mitinq Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda (“İnşaatçılar” metrostansiyasının yanı) olacaq. Aksiya saat 17.00-dan 19.00-a qədər elan olunub. Mitinqin əsas şüarı “Monarxiyaya yox! Talana son!”dur.

Mitinqin deyilən vaxtda və ünvanda keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin razılığı var və Bakı polisi aksiyanın təhlükəsizliyini təmin edəcək.

Təşkilatçılar mitinq üçün bütün hazırlıqların artıq tamamlandığını bildiriblər. Aksiyanın texniki və təşkilatçılar tərəfindən təhlükəsizliyə nəzarət tərəfi də həll olunub. Milli Şura mitinqin yüksək səviyyədə və kütləviliklə keçəcəyinə əmindir.

Milli şuranın mitinq qərarı ilk günlərdən cəmiyyətdə böyük rəğbətlə qarşılanıb. Milli Şura ilə yanaşı çoxlu sayda sosial şəbəkə istifadəçiləri, o cümlədən feysbukdakı əksər böyük səhifələr mitinqlə bağlı xəbərlər paylaşıb, çağırışlar edib. Bir neçə təşkilat və qruplar mitinqdə kollektiv iştirak edəcəklərini bildiriblər. Sosial şəbəkələrdə mitinq təbliğatı təxminən 1 milyon insanı əhatə edib. Milli Şuranın təşkilati donoru olan AXCP mitinqə hazırlıq məqsədilə 30-dan artıq yerli təşkilatında müşavirələr keçirib, min nəfərdən artıq partiya fəalı mitinqin təşkilatçılığına cəlb olunub.

Bütün bunları nəzərə alaraq, təşkilatçılar mitinqin yetərincə izdihamlı keçəcəyini gözləyirlər. Mitinqə qarşı aqressiv əks-təbliğat və qara piar kampaniyası təşkil etməsi, onun kütləviliyini, hazırlıq səviyyəsini azaltmaq üçün müxtəlif təxribat və maneələrə əl atması ilə hakimiyyət də bu aksiyanın izdihamlı alınacağından ehtiyatlandığını ortaya qoyub.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Eldar Mahmudov dostunun oğlunun toyunda

%d bloqqer bunu bəyənir: