Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
manat

Milli Məclisin yeni cərimə layihəsi sahibkarları şoka saldı

İcrası mümkün olmayan qaydanı pozmağa görə 3 min manat cərimə!


Milli Məclisin İnzibati Xətalar Məcəlləsinə 362-1-ci və 362-2-ci maddələrin əlavə edilməsini nəzərdə tutan layihəsi telefon nömrələrinin satışı ilə məşğul olan sahibkarları şoka salıb. Məsələ burasındadır ki, deputatların səsverməyə çıxararaq qəbul etdiyi yeni qanunvericilik tələblərinə əməl edilməsi heç bir halda mümkün deyil. Bununla belə, Milli Məclis icrası mümkün olmayan qaydaların pozulmasına görə iri məbləğdə cərimə də nəzərdə tutub.

Layihəyə əsasən, “ərizəçiyə dair məlumatların vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edilmədən telefon nömrələrinin (sabit, mobil) operatorların şəbəkəsində aktivləşdirilməsinə görə vəzifəli şəxslər 2 min manat, hüquqi şəxslər isə 3 min manat cərimə ediləcəklər”.

Yeni qaydanın mahiyyəti ondan ibarətdir ki, nömrə satışını həyata keçirən sahibkar əvvəlcə nömrəni alan şəxs barəsində məlumatları (kimlik məlumatları və ünvanı) onlayn qaydada operatorun onlayn bazasına daxil etməli, yalnız bundan sonra nömrəni aktivləşdirməlidir. Amma məsələ ondadır ki, mobil operatorların onlayn şəbəkəsi nömrə sahibi barədə məlumatların onlayn bazaya daxil edilməsinə yalnız nömrə aktivləşəndən sonra imkan verir. Yəni aktiv olmayan nömrə üçün şəxsi məlumatların bazaya daxil edilməsi mümkün deyil. İndi artıq nömrə satışını həyata keçirən sahibkar hər an 2-3 min manat cəriməyə məruz qala bilər. Yeganə çıxış yolu nömrə satışından imtina etmək ola bilərdi. Amma bu da mümkün deyil, çünki mobil operatorlar dilerlər qarşısında nömrə satışı üçün aylıq plan (məsələn, ayda 1000 nömrə satışı) müəyyən edirlər. Plana əməl edə bilməyənlər dilerlikdən çıxarılırlar.

Əslində isə Milli Məclis nömrə satışı məntəqələrinə nömrənin aktivləşdirilməsindən sonra ən azı bir gün vaxt nəzərdə tutmalı idi. Hazırda da satış məntəqələri gün ərzində satılan nömrələr barədə məlumatları məhz günün sonunda bazaya daxil edirlər. Məlumatların bazaya dərhal daxil edilməsi həmin məntəqələrin fəaliyyətini iflic etmək anlamına gəlir.

Başqa məqam ondan ibarətdir ki, mobil nömrələrə nəzarətin ən sərt forması hazırda yalnız Azərbaycanda müşahidə olunur. Dünyanın bir çox ölkələrində mobil telefon nömrələrini sadəcə olaraq, mağazadan saqqış alırmış kimi əldə edə bilərsiniz və bu zaman heç kim sizdən şəxsiyyətinizi təsdiq edən sənəf tələb etməyəcək.

Böyük ehtimalla Milli Məclis bu gülünc layihəni hüquq-mühafizə orqanlarının tələbinə əsasən müzakirəyə çıxarıb. Ölkədə istintaq hərəkətlərini həyata keçirən orqanlar qeyri-peşəkar olduqlarına görə mobil nömrələrin izlənməsi, həmçinin danışıq və mesaj bazasının əldə edilməsi kimi qanunsuz tədbirlərdən yararlanırlar ki, bunun üçün də nömrələrin sahibləri barədə ətraflı məlumat lazım olur.

Bizimyol.info

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Səudiyyə Ərəbistanı neft hasilatını azaldır

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: