Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Milli Məclisin növbəti iclası keçirilir

Milli Məclisin növbəti plenar iclası başlayıb.

“Report”un məlumatına görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib.

İclasda ilk olaraq İnsan Alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək. İllik məlumatı daxili işlər nazirinin birinci müavini, insan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazov təqdim edəcək.

Daha sonra “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi, eləcə də “Telekommunikasiya haqqında”, “Kütləvi informasiya haqqında”, “Polis haqqında”, “Cinayət işlərinə dair hüquqi yardım haqqında” və “Cinayət törətmiş şəxslərin verilməsi haqqında” qanunlara təklif olunan dəyişikliklər müzakirə ediləcək.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Nazir: «Rusiya mərhələli həll təklif edib»

%d bloqqer bunu bəyənir: