Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
102927

Milli Məclis dopinqə qarşı mübarizəyə başladı

Azərbaycanda “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” yeni qanun hazırlanır.

Moderator.az xəbər verir ki, bu gün Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” yeni qanun layihəsi müzakirə olunub. Qanun layihəsi haqqında məlumat verən Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib ki, qanun layihəsi hazırlanıb və birinci oxunuşa hazırdır: “Beynəlxalq Antidopinq Təşkilatı idmançıların 7000-dən artıq dərmandan istifadə etməsinə qadağa qoyub. Həmin dərmanlardan istifadə edən idmançılar dərhal yarışlardan uzaqlaşdırılır. Bu hal 3 dəfə təkrarlandıqda idmançaların beynəlxalq yarışlarda iştirakına ömürlük qadağa qoyulur. Bu, hər bir ölkə üçün vacib şərtdir. Düzdür, Azərbaycanda buna riayət edilir. Gənclər və İdman Nazirliyinin Antidopinq Komissiyası yaradılıb, idmançılar xüsusi yoxlamadan keçirlər. Qadağan olunmuş dərmanlardan istifadə etdiyi aşkarlanan şəxs dərhal cəzalandırılır”.

Azərbaycanın özünün dopinqlə mübarizə haqqında ayrıca qanun layihəsinin olmadığını deyən komitə sədri “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsinin hazırlanması zərurətinin yarandığını, adıçəkilən yeni layihənin artıq I oxunuş üçün hazır olduğunu nəzərə çatdırıb.

Ötən müddət ərzində komitənin dopinq problemini araşdırdığını bildirən F.Muradov qeyd edib ki, müvafiq dövlət qurumlarının mütəxəssisləri cəlb edilməklə hazırlanan “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir.
F.Muradov əlavə edib ki, qanun layihəsində dopinq nəzarətinin həyata keçirilməsi qaydaları, bu zaman aşkarlanmış pozuntular, idmançılara tibbi xidmətin göstərilməsi qaydaları və digər məsələlər layihədə öz əksini tapıb.

Komitə sədrinin sözlərinə görə, qanun layihəsinə əsasən, Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur. Eyni zamanda, bu agentlik nəzdində Apelyasiya Komissiyasının, İdman Arbitrajının yaradılması təklif edilir. F.Muradov hesab edir ki, bu, problemli hallarda idmançıların öz hüquqlarının qorunmasına yardım edə bilər.
Komitə sədri qeyd edib ki, qanuna uyğun olaraq, hər hansı yarışda iştirak edən idmançı dopinq nəzarətinin həyata keçirilməsi ilə bağlı tələblərə tabe olmağa məcburdur. Bu qanuna riayət olunmama pozulma hesab edilir və qanunvericiliyə uyğun olaraq, cəzalandırılır. Pozulmasının müəyyən edilməsi və cəzanın tətbiqi NADA-nın xüsusi səlahiyyət verilmiş şəxsləri tərəfindən həyata keçirilir.
Qanun layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşa tövsiyyə olunub.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Öskürək və soyuqdəyməni yüngülləşdirən 5 tövsiyə – FOTO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: