Advertisements
24 saat

Milli Məclisə təkrar seçkilərdə qeydə alınan namizədlərin sayı 7-ə çatdı


90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə qeydə alınan namizədlərin sayı 7-ə çatıb.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının iclasında qurumun sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, qeydə alınan namizədlərin 2-si siyasi partiyaların nümayəndəsi, 5-i isə bitərəf namizəddir.

Qeyd edək ki, təkrar seçkilərdə 14 nəfər namizədliyini irəli sürüb. 14 nəfərin hər birinin namizədliyi təsdiq olunub və onlara imza vərəqələri verilib. 11 nəfər imza vərəqələrini geri qaytarıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: