24 saat

Milli futbolçu: “San-Marinonu udmasaq pis vəziyyətə düşəcəyik”


“San-Marino yığması ilə oyunumuz çətin olacaq. Çünki rəqib böyük qüvvə ilə müdafiə olunacaq”.

24saat.org “Report”a istinadən bildirir ki,bu fikirləri Azərbaycan milli komandasının debütantı Emin Mahmudov bu gün jurnalistlərə açıqlamasında bildirib.
Millimizin 2018-ci il dünya çempionatının seçmə mərhələsində San-Marino yığması ilə sentyabrın 4-də səfərdə keçiriləcək matç haqqında danışan “Boavişta”nın yarımmüdafiəçisi deyib ki, ilk qolu vura bilsək, ardı gələcək: “Mütləq udmaq lazımdır. Udmasaq, pis vəziyyətdə olacağıq. Buna görə qələbə ilə başlamaq yaxşı olardı. Rəqibin oyununu hələ görməmişəm. Hələ millidə oynamadığımdan, deyə bilmərəm ki, həyəcan olacaq, ya yox. Oynayandan sonra milli ilə klub arasında fərqi deyə bilərəm. Komandada hər şey yaxşıdır. Burda tanıdığım futbolçular var, problem yoxdur”.
E.Mahmudovun fikrincə, hər bir rəqibə qarşı ciddi yanaşmaq lazımdır: “Meydana yaxşı əhval-ruhiyyədə, qələbəyə köklənərək çıxmaq lazımdır. Hər oyun çətindir. Köklənmə olmayanda, hər matç çox ağır olacaq. İstər San-Marino olsun, istər Andorra, kiminlə oynayırsan oyna, fərqi yoxdur”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: