Loading...
Loading...

Millət vəkilindən Vyana görüşü ilə bağlı bədbin açıqlama

Araz Əlizadə: “Bu görüş Qarabağ probleminin həllinə heç nə verməyəcək”

“Müharibə yolu ilə alınan torpağın sülhlə qaytarıldığına tarix şahidlik etməyib”

Bu gün Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşün baş tutub. Görüşlə bağlı 24saat.org-a açıqlama verən millət vəklili Araz Əlizadə Vyana görüşü və bu görüşün mümkün nəticələri ilə bağlı bədbin proqnoz səsləndirib. Millət vəkili bu görüşün Qarabağ probleminin həllinə heç nə verməyəcəyini bildirib:
“Vyana görüşü Dağlıq Qarabağ probleminin həllinə heç nə verməyəcək. Bu cür görüşlərin problemin həllinə nə isə verməyi mümkün də deyil. Çünki hələ bu vaxta kimi görünməyib ki, müharibə ilə alınan torpaqlar sülhlə geri verilsin. Tarix belə bir şeyə şahidlik etməyib. Bu səbəbdən də Qarabağ probleminin yeganə həlli yollu müharibədir”.

Seymur Əliyev

24saat.org

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Arif Hacılı : “Həbsdə olan, əli- qolu bağlı insana işgəncə vermək ən böyük şərəfsizlikdir.”

%d bloqqer bunu bəyənir: