Loading...
Loading...
cq2.jpg

Millət vəkilindən sərt tənqid: "AZAL dilənçiliklə məşğul olur"

“AZAL dilənçiliklə məşğul olur, İstanbulda bizdən əlavə olaraq 30 dollar tələb ediblər”

“Bu günlərdə başıma gələn bir hadisəni danışmaq istəyirəm. Oktyabrın 10-da biz, bir neçə vəzifəli şəxs İstanbula bir günlük səfər etdik. Biz Azərbaycan Hava Yolları (AZAL) vasitəsilə biznes-klass bileti əsasında uçurduq. Ancaq biznes-klass-da iyirmi yerdən cəmi beşi dolu idi, qalan 15 yer boş idi. Çünki biletlərin qiyməti çox yüksəkdir. Lakin İstanbuldan qayıdarkən baş verən hadisəni deyim. Mən qeydiyyat zamanı xahiş etdim ki, qarşıdakı yeri bizə versinlər. Bizə qeydiyyat yerində dedilər ki, hər biriniz əlavə olaraq 30 ABŞ dolları ödəməlisiniz. Mən buna etiraz etdim, dedim ki, biz bilet alarkən pul ödəmişik, indi bizdən əlavə pul hansı əsasla tələb oluna bilər? Dedilər ki, qabaq yer üçün əlavə pul ödənməlidir”.

Bunu Milli Məclisin oktyabrın 14-də keçirilən iclasında deputat Çingiz Qənizadə səsləndirib.

Millət vəkili bildirib ki, bu məsələyə ciddi etiraz edib: “Mən səs-küy salandan sonra Azərbaycan Hava Yollarının (AZAL) başqa bir nümayəndəsi gələrək bildirdi ki, bu ekonom-klass-a aiddir, qabaq yer üçün bizə əlavə 30 dollar alırıq və çıxış yerlərindəki enli yerlər üçün yenə də əlavə 30 dollar alırıq. Bu biabırçılıqdır”.

Çingiz Qənizadə deyib ki, əgər o əcnəbi vətəndaş olsa və bunu ona qarşı etsələr təbii ki, gələcəkdə AZAL-la uçmaz: “Ölkənin güzgüsü təbii ki, hava limanlarıdır. Azərbaycan Dəmir Yollarına Cavid Qurbanov rəhbərlik edəndən sonra görün hansı dəyişikliklər edilib. Ölkəyə təzə qatarlar gətirilib. Dünən isə məlum oldu ki, dəmiryollarında biletlərin satışını Asan Xidmətə yönəldirdilər. Əlbəttə, bunlar təqdirəlayiq haldır. Ancaq AZAL-la bağlı məsələ biabırçılıqdır. Mən oturub hesabladım. Bunlar qabaq yerlər üçün bir reysdə cəmisi 360 dollar pul qazanacaqlar. Ancaq biznes-klass-da 15 yer boş getdi və qayıtdı. Sonra AZAL-ın nümayəndələri mənə yaxınlaşdı. Dedilər ki, bu halla dəfələrlə üzləşirlər, bu təlimat onlara Bakıdan gəlib, heç nə edə bilmirlər. Onlar bizi hörmətlə yola salmağa çalışdılar və xahiş etdilər ki, bu biabırçılıq üçün məsələ qaldırım. Allaha and olsun ki, həmin işçilərin özləri bunu xahiş etdi. Belə olmaz! Gah yeməyə görə vətəndaşdan pul alırlar, gah qabaqda əyləşib uçmağa görə. Bir hadisənin də şahidi oldum. Vətəndaş təyyarə salonuna daxil oldu və arxa yerdə əyləşməli idi. Ona təklif etdilər ki, yerini dəyişsin. Vətəndaş da bildirdi ki, nəyə görə yerimi dəyişməlidir? Cavabında dedilər ki, çünki arxa yerlərə yük qoyulub. Mən stüardessanı çağırıb dedim ki, bu kolxoz arabasıdır, yoxsa təyyarədir, neçə yəni arxa yerə yük qoymusunuz və vətəndaşa deyirsiniz ki, keç qabaqda əyləş? Cənab prezident AZAL-la bağlı mövqeyini ortaya qoyub, insanları incitmək olmaz. Bu dilənçilikdir! Sən tanıyıb-tanımadığından asılı olmayaraq deyirsən ki, əlavə 30 dollar pul ödə. Deyir ki, anlaşılmazlıq olub, biz ekonom-klass-a deyirik əlavə 30 dollar ödə. Deyirəm ki, axı sən mənim pasportumu götürüb kompüterə vuranda adımın qarşısında bizness-klass çıxır. Deməli sən məndən pulu istəyirdin, mən səsimi çıxarmasaydım bu ödəniləcəkdi. Vallah bu biabırçılıqdır. Biz əcnəbiləri, turistləri ölkəmizə dəvət edirik, amma AZAL bu cür dilənçiliklə məşğul olurlar, insanları incidirlər. Bu biabırçılıqdır, ölkəmizin imicinə zərbədir. Cənab prezident ölkəmizi dünyaya tanıdıb. Ölkəmizə səfərlər olur, insanlar gəlir. Amma belə şeyləri yığışdırmaq lazımdır. İstəyirlərsə məni dəvət etsinlər, göstərim nələr baş verib. Çünki stüardessaların adını yazmışam, hansı yerdən keçmişəmsə onu da qeyd etmişəm”.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Bakıda avtoriteti itlərə yem etdilər – Foto

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: